Mehrac Babayevin oğlunun tutulması hadisəsinin detalları - FOTOLAR


  • 23:29 / 25 08 2021 |
  • Bölmə: Gündəm


"Rupor" Rusiyada yaşayan iş adamı, tikinti maqnatı kimi tanınan azərbaycanlı iş adamı Mehrac Babayevin oğlu Ziya Babayevin Moskvanın Vnukovo hava limanında saxlandığı virtualorg.az-a istinadən məlumat yaymışdı. 

Bu mövzuda yeni təfərrüatlar məlum olub. “Rossiya 1” telekanalı hadisə ilə bağlı süjet hazırlayıb. Bildirilir ki, Ziya babayev gömrük nəzarətindən kənar 36 milyon rubl dəyərində qızıl-zinət əşyaları keçirmək istəyib.  

Vnukova hava limanının gömrük xidmətinin mətbuat katibi Sofya Latanın açıqlamasına görə, Ziya Babayev 36 milyon rubl dəyərində lüks brendlərə aid saatları, qızıl-zinət əşyalarını gömrük bəyannaməsində qeyd etmədən “yaşıl dəhliz”dən qanunsuz yolla keçirməyə çalışıb. Lakin gömrük əməkdaşları Babayevin gizli yolla keçirməyə çalışdığı bütün bahalı məhsulları müsadirə ediblər.

APA “Rossiya 1” kanalına istinadən qeyd edir ki, Ziya Babayevin Moskva və İvanovoda, eləcə də Bakıda bir neçə fitnes mərkəzlərinə sahib olduğunu, atası Mehrac Babayevin şirkətinin uzun illər ard-arda Xantı-Mansisk muxtar dairəsində dövlət sifarişini qazandığını bildirib. M.Babayevin Nijni-Vortovsk şəhərində dövlət sifarişi ilə 2011-ci ildən inşa etdiyi xəstəxananın tikintisini hələ də başa çatdırmadığını açıqlayıb. Bu müddət ərzində xəstəxananın tikinti xərclərinin 426 milyard rubl artdığını bildirilib.

“Rossiya 1” kanalı Ziya Babayevin 2009-cu ildə İsveçrədə Telman İsmayılovun oğlanları ilə birgə bahalı avtomobillərlə içkili vəziyyətdə yol-nəqliyyat hadisəsi törətdiyini də xatırladıb. Lakin bununla belə süjetdə məlum hadisə ilə bağlı hələlik cinayət işi açılmadığı, Ziya Babayevin üzərindən götürülən bahalı əşyaların ekspertizasının başa çatmadığı və bu səbəbdən Mehrac Babayevin oğlunun Rusiyanı tərk etməsinə heç nəyin mane olmadığı qeyd edilib.











Oxşar xəbərlər