Xırdalanda zibil dərdi: səbəbkar dövlət idarəsidir, yoxsa MTK-da? – Araşdırma


  • 13:00 / 27 08 2021 |
  • Bölmə: Gündəm


Redaksiyamıza Xırdalan şəhərinin müxtəlif ərazilərində yaşayan sakinlərin eyni məzmunlu şikayətləri daxil olub. 
Şikayətdə göstərilir ki, şəhərin mərkəzindəki binların zibillərini daşımağa məsul olan Abşeron rayonu Abadlıq və Kommunal Xidmətləri İdarəsi işinə məsuliyyətsiz yanaşır.

“Rupor”un əməkdaşı iddialarla bağlı kiçik araşdırma aparıb. Məlum olub ki, zibillərin qalaq-qalaq yığılaraq bütün mənalarda pis mənzərə və sağlamlığa böyük ziyan olan fəsadlar yaratmasında tərəflərin hər birinin payı var. 

İdarədən bildiriblər ki, onlar zibillərin daşınması üçün binanı təhvil verən MTK-larla müqavilə bağlayırlar. Müqaviləyə görə, tikinti korperativi öncə zibil yeşikləri alır, sonradan məlum olur ki, sakinlərin atdığı zibillər ən azı 5 zibil yeşiyinə yığılmalıdır. MTK-lar isə idarədən əlavə yeşiklər almadıqlarına görə həmin zibillər yerə atılır. Onları daşıyan idarəsə zibili çeşidləmə məntəqələrinə çəki ilə təhvil verdiyindən və zibillərin utalizasiyası üçün pul ödədiyindən, MTK-ların müqavilə əsasında ödədikləri məbləğə münasib olaraq zibillərin hamısını daşımaq mümkün olmur. Əlavə zibillərin daşınması üçün MTK-lar əlavə də pul ödənməlidir. Hətta əksər MTK-lar heç ilkin müqavilədə göstərilən ödənişi belə həyata keçirmək istəmirlər. Halbuki müqavilə imzalananda məsələn, binada 100 sakin yaşyırdısa və onların zibilləri 2-3 qutuya yığıla bilirdisə, indi həmin binalara 500 sakin köçüb. Təbii ki, zibil qablarının sayı, onu daşıyanlara ödəniləcək məbləğın də miqadarı artırılmalıdır.
 


Əksi baş verəndəsə nə zibil yığanların əziyyətini qiymətləndimək olur, nə də zibili təhvil götürənə pul tapıb ödəmək. Qəbul məntəqləri də əlavə zibilləri qəbul etmir.
 
Görüyünüz kimi bu səviyyədə qlobal problemi yaradan səbəblərə qismən aydınlıq gəlir: 

Abşeron rayonu Abadlıq və Kommunal Xidmətləri İdarəsi laeyd MTK-lara bu barədə dəfələrlə bildirsə də qarşı tərəf zibil daşımaq üçün tələb olunan vəsaiti ya ödəmir, ya da az ödəyir. 

Göstərilən xidmətə görə 2020 və 2021-ci il üzrə borcunu ödəməyən hüquqi və ya  fiziki şəxslərin siyahısını da əldə etmişik. Buyurun, tanış olun:
 


 
S/SHüquqi və ya fiziki şəxslərin adıÜnvanı TelefonAylıq Müqvilə Məbləği2020-ci ül üzrə cəmi borc (AZN)01.09.2021-ci ilə cəmi borc (AZN)Yekun borc (AZN) 






1AAAF 12 mərtəbə 5binaM.Hüseynzadə küçəsi0558759009350,001750,002800,004550,00

2Olimp MTKMehdi Hüseynzadə0705652228350,003050,002800,005850,00

3Vienna MTKMehdi Hüseynzadə küçəsi0503826512100,00900,00800,001700,00

4R+R MTKM.Hüseynzadə küçəsi051924345460,00300,00480,00780,00

5Kristal MVU MTKM.Hüseynzadə küçəsi051924345460,00420,00480,00900,00

6Çinar AN MTKH.Əliyev pr.077429200050,00450,00400,00850,00

Təşkilatlar üzrə yekun borc   6870,007760,00#######

 
Əməkdaşımız borclu olmaqda ittiham edilən MTK-larla əlaqə saxlamağa çalışıb. Onlardan yalnız Kristal MVU MTK ilə danışmaq mümkün olub, digərləri telefon zənglərinə cavab verməyib. 
 


Cavab verən MTK-nın komendatı Elnur Hüseynovun “niyə borclu qalırsınız” sualına cavabını təqdim edirik:
 
“Necə olur ki, binaların həyətini özümüz süpürürük. Abadlıq və Komunal Xidmətlər İdarəsi hər şeyi kənara qoyub, onlara olan borclardan danışır. MTK-ların borcları olması fikiri ilə razıyam. Ancaq necə olur ki, borclar yaranır? Bəlkə bu suala cavab axtarasız? Onlara neçə dəfə demişik ki, bizə əlavə zibil qabları versinlər və həmin qabları da binanın ərazisinə aid yerlərə qoysunlar. Onlarsa bizim üçün cəmi 4 dəmir yeşik nəzərdə tutublar və hər birinə 375 man pul ödəmişik. Onu da, ərazimizdən 250 metr kənara qoyublar. Kim gəldi ora zibil atır. Niyə mənim aldığım yeşiyə başqası zibil atmalıdır? Təbii ki, belə olan təqdirdə də zibil qabılar tez dolacaq. Onlardan əlavə zibil yeşiyi istəyəndə deyirlər yoxumuzdur. Ətraf da zibilxanaya dönəcək də. Sakinlər məhz bu problemlərə görə narazılıq edib bizə pul ödəmirlər. Bir də ki, pandemiya dövründə sakinlərdən pul yığmaq mümkün olmadı. Onlara dəfələrlə demişik ki, pulları özünüz yığa bilirsizsə qapıları döyərək yığın. Konkret sakinlərin istəyi odur ki, zibil qablarının sayı artırılsın və ərazidə qoyulsun. Bizim bina ilə bazarın arasında 50 metr məsafə var. Bazarın bütün tullantıları bizim üçün nəzərdə tutulan zibil yeşiklərinə atılır. Bundan əlavə hər gün xeyli sayda uşaqların gözü qarşısında heyvan kəsirlər. Gəlib bu problemləri həll etsinlər”.
Saytımız rayonun Abadlıq və Kommunal Xidmətləri İdarəsi ilə də əlaqə saxlayıb. İdarənin nümayəndəsi bunları deyib: 
“Onlar sifarişçi biz podratçı təşkilatıq. Bizim onlara zibil yeşiyi vermək öhdəliyimiz yoxdur. Onlar özəl şirkətdir. Bizimlə müqavilə əsasında fəaliyyət göstərirlər. Hansı xidməti həyata keçiririksə, onun da pulunu ödəməlidirlər. O ki qaldı yeşiklərin uzaqda qoyulmasına, gətirib həyətlərində qoysunlar. Özləri bilərlər. Bir daha qeyd edirəm onlar özəl şirkətlərdir. Hərəkətlərində sərbəstdirlər. İstəsələr bizimlə müqaviləni pozub başqaları ilə də bağlaya bilərlər”.
 
Göründüyü kimi, qarşılıqlı ittihamlar var. 
 
  1. MTK-lar zibillərin daşınması xidmətini həyata keçirənlərə borclu qalırlar;
  2. Sakinlər MTK-lara kommunal xidmətləri vaxtı vaxtında ödəmirlər, elələri də var ki, ümumiyyətlə ödəmir. 
  3. Sakinlərin sayının artmasına baxmayaraq, MTK-lar əlavə zibil yeşikləri almırlar;
  4. Zibil yeşikləri MTK-nın ərazisindən uzaqda qoyulur;
  5. MTK-nın sakini olmayanlar da həmin yeşiklərə zibillər atırlar. 
 
Diqqətlə nəzər salanda bu çatışmazlıqları aradan qaldırmaq elə də çətin deyil. Yetər ki, qarşılıqlı hörmət və məsuliyyət hissi daha da gücləndirilsin. 
 
Ləman Ceyhunqızı


 



Oxşar xəbərlər