Gizli yolla Gürcüstana gəzməyə getmək istədi, cərimə olundu




      Bölmə: Hadisə Tarix: 29.10.2023 / 01:03

Balakən rayonunda meşə vasitəsilə dövlət sərhədindən qanunsuz yolla hərəkət etməklə Gürcüstana keçmək istəyən şəxslə bağlı məhkəmə qərar verib. 

RUPOR.AZ-ın məlumatına görə, 16 avqust 2022-ci il tarixdə 1997-ci il təvəllüdlü Elşən (ad şərti) adlı şəxs Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. 

18 avqust 2022-ci il tarixdə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Lakin Elşən bu ilin oktyabr ayına kimi istintaqdan yayınaraq, Bakı şəhərində gizlənib. Bakı şəhəri ərazisində keçirilən əməliyyat zamanı Nizami rayonunda tutulub və Balakən rayon Polis Şöbəsinə aparılıb. 3 oktyabr 2023-cü il saat 06:00-dan 24 oktyabr 2023-cü il saat 13:20-ə kimi tutulub həbsdə saxlanılıb. 

Elşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirib ki, işsizlikdən əziyyət çəkdiyi üçün həm işləmək, həm də gəzmək məqsədi ilə Gürcüstana getmək qərarına gəlib. O, Lənkəran rayonundan avtobusla əvvəlcə Bakı şəhərinə gəlib, burdan isə Zaqatalaya gedib. Həmin gün Zaqatala rayonuna çataraq gecəni küçədə qalıb. 16 avqust 2022-ci il tarixdə piyada hərəkət etməklə Zaqatala rayonundan Balakən rayonuna gedib. Həmin gün Balakən rayonunda meşədə qaldıqdan sonra 17 avqust 2022-ci il tarixdə tək dövlət sərhədindən qanunsuz yolla hərəkət etməklə Gürcüstana getmək istədiyi zaman çayın yaxınlığında sərhədçilər tərəfindən saxlanılıb.

Məhkəmənin qərarı ilə Elşən həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla 1500 manat miqdarında cərimə edilib.  /qaynarinfo.az/






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---