İsfəndiyar Vahabzadə Əli İnsanovu yarıyolda buraxdı - Gizli istefa


  • 09:58 / 14 09 2021 |
  • Bölmə: Gündəm



“Mənim atamın bir misrası onun bütün şəxsiyyətindən böyükdür”.

Bu fikirləri Xalq şairi Bəxtiyar Vahabzadənin keçmiş diplomat oğlu İsfəndiyar Vahabzadə söyləyib. 

"Rupor" yeniazerbaycan.coma istinadən xəbər verir ki, həbsxanadan çıxandan sonra Əli İnsanovun yaratdığı Haqq Ədalət Partiyasının Təşkilat Komitəsində təmsil olunmuş İsfəndiyar Vahabzadə çox çəkmədi keçmiş nazirlə yollarını ayırıb. 

Amma baş “HƏP”çi İsfəndiyar Vahabzadədən partiyadan gedişini hələ ictimailəşdirməməyi və bir müddət susmağı xahiş edib. Məlumatlı mənbənin sözlərinə görə, sonuncu bununla razılaşıb. Məlumatı təsdiqləmək üçün İ.Vahabzadə ilə əlaqə yaratmaq mümkün olmadı. Mövzunu diqqətdə saxlayacaq və bununla bağlı oxucularımıza məlumat verəcəyik.

Eldar




Oxşar xəbərlər