Yaşasın Azərbaycan jurnalistikasının saf MİSSİYASI – Nicat Dağlar üçün


  • 13:49 / 14 09 2021 |
  • Bölmə: Gündəm



Hələ getməmişəm, nə doğulduğum Zəngilana, nə doğulmaq istədiyim Şuşaya. Yazıq Zəngilan hardan bilsin ki,  jurnalistəm, hələ üstəlik QHT sədriyəm. Bilsəydi, onu ziyarət edənlərdən soruşardı: bəs mənim balam hanı?


Yox, əsla yox. Gileyli deyiləm. Çox güman bundan sonra belə səfərlərdə iştirak etmək istəməyəcəm. Orijinal qalmaq da bir uduşdur. 
Əsas odur, Zəngilan bizimdir, Şuşa qayıdıb. Müqəddəs yurdlarımızı ziyarət edənlərin qayıdandan sonra həm peşəkar, həm də sadə vətəndaş kimi paylaşdıqları təəssüratları diqqətlə izləyirəm. Bu qələbəni hələ də sinirə bilməyən tək-tük də olsa azərbaycanlı var. Həmin təəssüratların həmin naqislik edən azərbaycanlılara təsir etmə gücünün səviyyəsini əsas meyar hesab edənlərdənəm. Getmisən, görmüsən, gəlmisən, indi elə et ki, getməyənlər, görməyənlər müqəddəs qələbəmizdə nöqtə boyda da xəta görməsinlər, axtarmasınlar. Həm də səni ona görə aparıblar da şəhidlərin bizə hədiyyə etdikləri yurda.

Yazmasam olmur. Heç vaxt olmadığım Ağdamadn reportaj yazmışdım, onda lap yanıb-yaxılmışdım, ilk səfər qaranquşu olmadığıma görə. Yanğımı özümün bacarığımla söndürməyə çalışmış, gedənlərdən geri qalmadığımı göstərmiş və bu xüsusda bir reportaj yazmışdım ki, səsi hələ də gəlir. 

Yox, bu da heç. Məqsədim özümdən yox, əziz qardaşım, dəyərli həmkarım Nicat Hüseyn Dağların rəhbərliyi altında Missiya Media Qrupunun alqışa layiq fəaliyyətindən söz açmaqdır.  Mən Ağdamı da, Füzulini də, Şuşanı da Missiya TV-nin kamerasından görəndən sonra kainat boyda səadətə nəsib olduğumuzu daha dəqiq dərk etdim. 

Kişilər ağlayar, onların boynuna bu hissin əksini yükləməyin. Ağdamı Missiya TV-nin kamerasından qucaqlayıb, elə hönkürmüşdüm ki, ağdamlıya belə, “ağdamlısan qaqa?” dedizdirmişdim. 

Bu dəfəsə həmin kamera Şuşa möcüzəsini yaşatdı mənə. Hazırlıq ərəfəsində olan reportajın anonsu qələbədə qüsur axtaranların bütün arqumentlərini dağıda biləcək səviyyədə idi. Hələ Nicat bəyin şəxsi hisslərindən doğan kiçik videoların yaratdığı ovqat möcüzəsi də var.

30 ilin həsrətinə bürünüb ayaq açdığı evin sınıq pəncərəsindən  dünyaya hayqıran Nicat bu reportajı ilə tamaşaçını nə qədər xoşbəxt etdiyinin fərqindədirmi bilmirəm, ancaq min dəfə “dünyanın xoşbəxti mənəm dünyada” dedizdirdi mənə. 

Kiçik studiyası, bir neçə nəfərdən ibarət kollektivi olan Missiya TV “Əlcəzirə” təmislçilərini heyrətə gətirəcək çəkilişlər edir. 

Çörəyi çörəkçidən alıb dəmirçiyə verənlər, sonra o dəmirçinin də dəmirini çörəkçinin başına vururdular. Belə illərin qoynunda böyümüşük biz. Deyəsən, bu xəstə tendensiyaya son qoyulur. MİSSİYA-nın peykə ucalmaq haqqı var, əminəm ki, bu dəfə çörəkçi ilə dəmirçinin yerini səhv salmayacağıq. 

İnciməsəz, sonda yenə özüm barədə xatrlatma edərdim. Bəlkə də dünyanın ən zəif mailiyyəsi ilə maliyyədən bəxətəvər onlarla eyni cərgədə həm də mətin addımlayan barmaqla sayılacaq saytlardan biri Rupor.az xəbər portalıdır. Bu dəyanəti Nicat Dağlardan nümunə götürdüyümü, onun “Ceyhun nə badə saytı bağlamaq barədə düşünəsən, bu iş sənin peşəndir, səbrli ol, ağır günlər arxada qalacaq. Hər kəs haqqını mütləq alır” təsəllisinin əlindən tutub daşlı-kəsəkli yollardan keçdiyimi siz də bilin. 

Jurnalistkanın zülm çəkdiyi illərin arxada qaldığına, bir də bizə badalaq gəlib önə çıxmayacağına dəli bir inam var içimdə. “Missiyamız şərəfimizdir” əqidəsinə sadiq qalanların və bu əqidəni əməlinə peşəkarcasına tətbiq edənlərin vacib həyat şərtləri ilə sınağa çəkiləcəyi dövrün yenidən doğulacağına inanmıram. 

Yaşasın Azərbaycan jurnalistikasının, saf MİSSİYASI. 

Ceyhun Musaoğlu



Oxşar xəbərlər