Koronavirusa (COVID-19) yoluxan Əməkdar artist Yaqub Zurufçu vəfat edib.

"Rupor" xəbər verir ki, bu barədə APA-ya "Yeni Klinika"nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov məlumat verilib.

O, sənətçinin bir saat əvvəl vəfat etdiyini deyib.

Qeyd edək ki, koronavirusa yoluxan Əməkdar artist bir müddət əvvəl "Yeni Klinika"nın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Xatırladaq ki, Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub.

Allah rəhmət eləsin.



Oxşar xəbərlər