Onlara Prezident təqaüdü veriləcək


  • 16:08 / 17 09 2021 |
  • Bölmə: Gündəm


Prezident İlham Əliyev “Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında” Sərəncam imzalayıb.

"Rupor" xəbər verir ki, Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərinə görə Akademiyanın aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilib:
Abbaszadə Nəzmiyyə Müzəffər qızı
Sinamdzqvarişvili Siala Vaxtanqovna
Yaqubova Tahirə Əhəd qızı.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.




Oxşar xəbərlər