Azərbaycan polisindən qeyrət təcəssümü - - Ermənini belə susdurdu


  • 18:19 / 18 09 2021 |
  • Bölmə: Gündəm

Azərbaycan polisinin erməni maşının üzərində əks olunan qondarma rejimin bayrağını bıçaqla silməsini əks etdirən görüntülər yayılıb.

"Rupor" Bakupost.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, həmin görüntülərdə bayrağı silən Orxan adlı polis əməkdaşıdır.

Görüntülər Gorus-Qafan yolunda Azərbaycanın qurduğu postda qeydə alınıb. Təxribatçı ermənilər öz daimi missiyalarına sadiq qalaraq avtobusun üzərinə qondarma rejimin bayrağını çəkiblər və postda yoxlanış zamanı bu Azərbaycan polisinin diqqətindən yayınmayıb.

Polisimiz bıçaqla həmin qondarma bayrağı silir və sonda “Qarabağ Azərbaycan” deyib sürücünü yola salır.




Oxşar xəbərlər