Oğlunun sevgilisi, Anarla ayrılığı... - Röya Ayxan sualları cavablandırdı




      Bölmə: Şou Tarix: 05.11.2023 / 21:59

Xalq artisti Röya Ayxan Nicat Rəhimov və Azər Baxşəliyevin “Zarafat bir yana” layihəsində qonaq olub.

RUPOR.AZ xəbər verir ki, estrada ulduzu verilişin formatına uyğun olaraq zalda əyləşən tamaşaçıların suallarını cavablandırıb.

Sənətçi bir xanımın “Adətən görmüşük ki, səsi, sənəti olmayanlar digər metodlardan istifadə ediblər. Mənə maraqlı gələn odur ki, sizin gözəl səsiniz və böyük sənətiniz var, amma digər müğənnilər kimi həmin metodlardan istifadə edərək, soyunaraq gəldiz səhnəyə. Amma heç ehtiyacınız yox idi” sualına bu cavabı verib:

“Çox gözəl sualdır. Gəl, səninlə dialoq edək. Mən ilk addımları 16 yaşımda “W-trio” ilə başlamışam. İki il çox populyar qız idim. Təsəvvür et ki, atestat almağa gedəndə çox məşhur idim, məktəbdə hamı mənimlə şəkil çəkdirirdi. Birinci mahnım nə olub bilirsiz? Mən hansı mahnı ilə çıxmışam? Heç kim deməsin. Özü sualıma cavab versin. Hansı metodları nəzərdə tutursan? Mən indi də elə geyinirəm. Heç kəs geyimimə söz deyə bilməz, çünki incəsənət adamıyam. Sənə olmaz, amma mənə olar. Çünki elə bir vaxt gəlib ki, hamı bizim kimi geyinir. Lakin bizə olar. Biz də bilməliyik ki, hansı bədənə görə harada nə  geyinmək lazımdır. Onda da geyinmişəm, indi də geyinirəm. Ən dəbli klipləri də mən çəkmişəm və çəkəcəyəm”.

Xalq artisti “Yəqin ki, burada olan hamının rəfiqələri ilə votsap qrupu var. Sizin də varmı” sualına gəlincə bunları söyləyib:

“Var. Bu qrupu mən açmışam, 16 nəfər var. İçində Lalə Məmmədova, Roza Zərgərli də yer alır”.

R. Ayxan türk tamaşaçının “Fala inanırsız” sualını da cavabsız qoymayıb:

“Ən çox qəhvə falını xoşlayıram. Televiziyaların birindən fala baxan adamın yanına aparmışdılar. Mən getdim onunla zaraftlaşdım, güldüm ona. Haradasa 2-3 saat liftdə qaldım. Ağlaya-ağlaya çıxdım, uşaqlar dedilər ki, inanmırsan, heç olmasa üzünə demə. Orada nəsə düzəltdi, lift qırıldı”.

Röya həmçinin bəyəndiyi bəy tipindən də danışıb:

“Çox ciddi olsun. Çünki mən zarafatcılam. O da mənlə zarafat etsə, gözümdən düşər. Arxasını demirəm. Ümumiyyətlə elə də cavan xoşlamıram. Bir az fikirləri olsun, elə bilsinlər ki, onun 50-60 yaşı var. Saqqallı xoşlamıram. Kimə lazımdır? Gərək deyərdim elə sənin kimi”.

Estrada ulduzu xanım tamaşaçılardan birinin “Fərqli geyim tərziniz və musiqilərinizlə göz önündəsiz. Amma elə bil ki, həyatınızda sevgi çatmır, gözləriniz parıldamır. Əvvəllər daha sevgi doluydunuz. Efirdən gördüyüm qədərilə keçmiş həyat yoldaşınızla çox xoşbəxt idiniz. Bilmək istəyərdim niyə ayrıldınız” sualına isə bu cavabı verib:

“Hər ailənin özünün bir qapalı məqamı var, onlara girməyək. Amma biz ayrılsaq da, münasibətimizə böyük hörmətim var. Ona görə də həmişə bir-birimiz haqqında çox yaxşı şeylər danışırıq. Sevmək də hələ onu yaşamağı bilmirəm. Gözüm parıldayanda anlayarsan”.

Sənətçi proqramda oğlu Hüseynin xoşuna gələn qızdan da söz açıb, bununla yanaşı övladı ilə münasibətlərindən bəhs edib:

“Var. Bizim münasibətimiz çox maraqlıdır. Onu görən adamların da fikrini deyirəm. Deyirlər ki, çox mərifətli münasibətiniz var. Həm pərdəli, həm də mən onun haqqında hər şeyi bilirəm. İndi 14 yaşındadır, məktəblidir, ona münasibət demək olmaz. Bilirəm ki, xoşuna gələn biri var”. /olay/







SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---