"Bütün ittihamlar tamamilə əsassızdır və qərəzlidir" - Azərbaycan Prezidenti


  • 20:51 / 28 09 2021 |
  • Bölmə: Gündəm


"Biz “Sərhədsiz reportyorlar” kimi QHT təşkilatı ilə uzun illər əvvəl hər hansı ünsiyyəti dayandırmışıq. Bu, bəlkə də 15 il əvvəl baş verib və bu, onların Azərbaycanla bağlı çox qərəzli və ədalətsiz mövqeyi ilə əlaqədardır. Bu səbəbdən onların hesabatı mənim üçün və Azərbaycan xalqı üçün heç bir əhəmiyyət daşımır. Avropada, o cümlədən Fransada yüzlərlə insan yaşayır və Azərbaycanda gördüyümüz işlər onların xoşlarına gəlmir. Onlar Fransada, başqa ölkələrdə yaşayırlar və heç kəs onlara toxunmur. Əgər sizin ölkədə yaşayan insanla bağlı hadisə baş verirsə, bunun araşdırılması məhz sizin ölkənizin hüquq-mühafizə orqanlarının işidir. Azərbaycanı bu məsələdə günahlandırmaq QHT-nin işi deyil. Sizin istintaqçıların bıçaqla xəsarət yetirmə halı ilə bağlı kifayət qədər sübutları varmi?"

"Rupor" xəbər verir ki, bu fikirləri sentyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsinə deyib.

Prezident fransız jurnalistin "Siz həmin şəxslə hər hansı əlaqənin olduğunu rədd edirsiniz" sualına isə daha konkret cavab verib: "Tamamilə belədir. Yüz faiz rədd edirəm. Hər hansı sübut, araşdırma olmadan və kimin hansı cinayəti törətdiyini müəyyən etmədən bütün ittihamlar tamamilə əsassızdır və qərəzlidir".



Oxşar xəbərlər