Biz cənnətdəyik, ermənilər cəhənnəmdə - İlham Əliyevin Suqovuşana və Talış kəndinə səfərindən çıxan qənaət


  • 17:30 / 04 10 2021 |
  • Bölmə: Gündəm


Bayrağımız dünyanın hər yerindən görünən ucalıqda
 
Suqovuşanın işğaldan azadolma gününün birnci ilində Azərbaycan Prezidenti bu gözl yurda səfər edərək orada bayrağımızı ucaltdı. Prezident işğaldan azad olunan bütün yurdlarmıza müqəddəs bayrağımızı sancır. Ölkə başçısı üçrəngli bayrağımızı bütün dünyadan görünən yüksəkliklərə sancmaqla düşmənə görk yaşadır.



Prezident bayraq ucaltma mərasimində bunları deyib: “Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Suqovuşan qəsəbəsinin və Talış kəndinin azad edilməsinin digər əhəmiyyətli tərəfi ondan ibarətdir ki, birinci azad edilmiş kəndlərdən sonra, - birinci kəndlər sentyabrın 27-də müharibənin ilk günündə azad edilmişdi - 6 kənd, - oktyabrın 3-nə qədər hər hansı bir yaşayış məntəqəsi azad edilməmişdi. Bunun təbii səbəbləri var idi, hazırlıq gedirdi, manevrlər gedirdi, şiddətli döyüşlər gedirdi. Ancaq müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi, əlbəttə ki, ordumuza, xalqımıza əlavə güc, mənəvi güc verdi və müharibənin yeddinci günündə səkkiz kəndin azad edilməsi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşmiş bu kəndlərin azad edilməsi bizə böyük mənəvi üstünlük verirdi”.
Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsi düşmənə vurulan əsas zərbələrdən biri oldu. Məhz bu hadisədən sonra terrorçu ermənilər Azərbaycan Ordusunun gücünü dərk etdilər, başlarında dəmir yumruğun zərbəsini daha ağır yaşadılar. Bu gün də həm yerli, həm də xarici ekspetlər həmin hadisələr ətarfında fikirlər səsləndirəndə əməliyyatları hərb aləminin nümunəvi döyüşləri kimi xarakterizə edirlər. Əsgər və zabitlərin şəxsi şücaətləri, ölümün gözünə dik baxmaları 21-ci əsrin fenomen hadisələrindəndir. O döyüşlər barədə seriallar çəkiləcək, əsərlər yazılacaq, gələcək nəsillər necə böyük və qəhrəman bir xalqın övladları olmaları ilə fəxarət hissi yaşayacaqlar. 


 
Suqovuşan - Dağlıq Qarabağın açarı

Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində düşmən tapdağından azad olunan Suqovuşan yaşayış məntəqəsinin həm hərbi, həm də strateji əhəmiyyəti işğalçı ölkənin bütün planlarını pozdu. Suqovuşanın azad edilməsi ordumuz üçün bir sıra üstünlüklər yaratdı. Bu hadisə nəticəsində Azərbaycan Dağlıq Qarabağın açarını əldə edə bildi. Həmin ərazidə düşmən ordusunun 6-cı dağ atıcı alayının qərargahı yerləşirdi. Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Suqovuşan düşməndən tam təmizləndi.
Bununla yanaşı, Suqovuşan yaşayış məntəqəsinin azad edilməsi ilə işğal altında olan Ağdərə və Ağdam şəhərlərini birləşdirən əsas təminat yolu Bakının nəzarətinə keçdi. Ağdərə və Ağdamın müdafiəsində duran düşmən qüvvələri eyni zamanda cəbhənin şimal-qərb istiqamətində Azərbaycan Ordusunun bölmələri ilə qarşı-qarşıya idi. Suqovuşanın azad edilməsi ilə Ermənistan silahlı qüvvələrinin əsas müdafiə bloku olan Ağdərə-Ağdam xəttini mühasirəyə alma imkanı yarandı. Eyni zamanda, Suqovuşan yaşayış məntəqəsi Ağdərə və Sərsəng su anbarı istiqamətində mühüm əhəmiyyətə malik yolların nəzarətdə saxlanmasına da imkan verdi.
Suqovuşan yaşayış məntəqəsinin azad edilməsi, həm də düşmənin Tərtər rayonuna buradan zərbələr endirməsinə son qoydu. Ermənistan Tərtəri də işğal etmək niyyətində idi. Lakin Suqovuşanın azad edilməsi ilə İrəvan artıq anladı ki, Dağlıq Qarabağdan çıxmaq məcburiyyətində qaldı.

Suqovuşa­nın iqtisadi önəmi

Şübhəsiz ki, Suqovuşa­n böyük hərbi-strateji əhəmiyyəti ilə yanaşı, eyni zamanda, mühüm iqtisadi önəmə də malikdir. Suqovuşan su anbarına Azərbaycanın nəzarətinin təmin edilməsi Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonların su təminatı problemini həll etmiş oldu.



Suqovuşan və Talışın azad edilməsinin ordumuza, xalqımıza əlavə mənəvi güc vermiş oldu. Talış və Suqovuşanın azad edilməsinin Ermənistan ordusunun gözünü qorxutması və psixoloji gərginlik yaratması baxımından da önəmlidir. Məhz bu ərazidəki iflas Ermənistan ordusunda fərarilik sayının artmasına səbəb oldu.



Azərbaycan yalnız hərbi baxımdan deyil, iqtisadi idarəçilik baxımından da düşməndən dəfələrlə güclü olduğunu göstərdi. Ən qısa zamanda “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının bərpası və işlək vəziyyətə gətirilməsi Qarabağın yaxın zamanlarda iqtisadi baxımdan qüdrətli bir məkana çevriləcəyinin xəbərçisidir.


 
Prezident çıxışında onu da xatırladıb ki, Talış kəndində və Suqovuşan qəsəbəsində düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar, müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi: “Birinci növbədə ona görə ki, strateji yollar artıq bizim nəzarətimizdə idi, ikincisi ona görə ki, əgər buradan düşmən öz canlı qüvvəsini başqa yerlərə çəksəydi, əlbəttə, Azərbaycan Ordusu bu istiqamətdə bundan sonra da böyük dərəcədə irəliləyə bilərdi. Ona görə bizim taktiki addımlarımız və manevr etmək imkanlarımız düşünülmüş addımlar idi və demək olar ki, burada düşmənin böyük bir hərbi birləşməsi iflic vəziyyətdə qalmışdı”.
Azərbaycan bütün sahələrdə o qədər nəhəng gücə malkdir ki, bir ilin tamamında Suqovuşanda bu əarzinin ikinci həyatının başlandığını ifadə edən “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışına da nail oldu. Açılış mərasimini həyata keçiriən İlham Əliyev bildirdi ki, 30 il ərzində düşmən torpaqlarımızda ekoloji terror gerçəkləşdirib, nəzarətimizdə olan əraziləri susuzluğa qərq edib. Artıq zaman Suqovuşanın və işğaldan azad edilən ərazilərimizin xeyrinə işləyir.
Ekspertlər düşünür ki, Suqovuşan su anbarına nəzarətin təmin edilməsi ilə Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonların su təminatı həllini tapacaq. Əvvəlki illərdə Suqovuşan su anbarına nəzarət edən ermənilər ekoloji terror törədirdilər. Hətta bu məsələ AŞPA-da da müzakirə edilmişdi. Azərbaycanın məruzəsi yekdilliklə qəbul olunmuşdu.



Suqovuşanın işğalda qalmasının böyük ziyanları 
 
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İslam Mustafayev Publika.az-a açıqlamasında söyləyib ki, 30 il ərzində ermənilər Suqovuşanın su ehtiyatlarını işğal altında saxlamaqla Azərbaycanın digər rayonlarını da “su terroru” ilə məhv edirdilər: “Kənd təsərrüfatında tənəzzül yaranırdı. Ermənilər çalışırdılar ki, işğal olunmuş ərazilərə yaxın yerlərdə yaşayan əməksevər, kənd təsərrüfatı ilə məşğul olan sakinlər oradan da köçüb getsinlər. Çünki insanların kənd təssərrüfatı ilə məşğul olmasına imkan vermirdilər. Suyun qabağını 30 il müddətində kəsmişdilər. Su lazım olmayan aylarda bəndlərin qabağını açırdılar və beləliklə, növbəti zərbəni vururdular. Biz bütün bunlara dözdük və 44 günlük müharibədə qələbə çaldıq. Müzəffər ordumuz düşmənə gücünü göstərdi. Müzəffər Ali Baş Komandanımız isə bu proseslərə rəhbərlik elədi”.



İslam Mustafayev bildirib ki, hələ döyüşlərdən bir ay əvvəl cənab Prezident sulardan səmərəli istifadə olunması ilə bağlı qərar imzalamışdı: “Bu qərar da Suqovuşanda görülən işlərə öz töhfəsini verəcək. Son bir ildə Suqovuşanda görülən işlər onu deməyə imkan verir ki, risklərin qarşısı alınıb. Texniki-təchizat sistemləri təkmilləşdirildi. Hazırda bu su elektrik stansiyaları məhsuldarlığın yüksək səviyyəsini əldə etmək üçün yeni imkanlar yaradıb. Bu yarımstansiyalar on minlərlə ərazini su ilə təmin edəcək. Bərdə, Tərtər rayonlarını, hətta Ağcabədinin də aşağı tərəflərinə qədər gedib çıxacaq. Bu su elektrik stansiyalarının istismara verilməsi doğrudan da böyük hadisədir”.



Prezident Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını da həyata keçirib, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub. Ümumi uzunluğu 28,5 kilometr, eni 9 metr olan yol 2 hərəkət zolağından ibarətdir. Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdır.
Yolda aparılan tikinti işləri inşaat norma və qaydalarının tələblərinə uyğun yüksək keyfiyyətlə həyata keçirilib. Yolboyu layihə üzrə avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün digər zəruri infrastruktur yaradılıb. Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar ulu öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib.



Qeyd edək ki, Suqovuşan-Xan arxının 37 kilometr betonlama işinin layihəsi də artıq hazırlanıb. Suqovuşanın işğaldan azad olunması ilə Bərdə, Goranboy, Naftalan, Yevlax, Ağcabədi rayonları daxil olmaqla təxminən 30 min hektara yaxın əraziyə ilk dəfə su verilib. Bu da fermerlərə növbəli əkini təmin etməyə imkan yaradıb. Fermerlər artıq iki mərhələdə işləyə bilirlər.


 
Düşmənin Tərtərə vurduğu ziyanın miqdarı və görülən işlər
 
Terrorçu Ermənistanın xain hücumları nəticəsində evləri dağıdılan sakinlər də yeni mənzillərlə təmin olunurlar. Elə bir ailə yoxdur ki, evi dağıdılsın və bu gün evsiz qalsın. Torpağı işğaldan azad etmək, yollar çəkmək, müxtəlif infrastruktur yaratmaq, müəssisələr açmaq, əhalini mənzillərlə təmin etmək paralel şəkildə aparılan nümunəvi işlərdir. 


Vətən müharibəsi zamanı düşmənin xain atəşi nəticəsində Tərtərdə ümumilikdə 16 mülki şəxs qətlə yetirilib, 63 nəfər yaralanıb. Müharibə zamanı, həmçinin Tərtər şəhəri də daxil olmaqla, rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minomyot mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə Tərtərdə 82 çoxmərtəbəli yaşayış binasına, 5949 fərdi evə, 184 sahibkarlıq və 301 qeyri-yaşayış obyektinə, 17 məktəbə, 11 uşaq bağçasına, 1 texniki peşə məktəbinə, 1 musiqi məktəbinə, 30 inzibati binaya və 20-yə yaxın mədəniyyət və səhiyyə müəssisəsinə ziyan dəyib.



Prezident həmin ərazidə sakinlərlə görüşüb. İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, oktyabrın 26-da şəhərin mərkəzinə üç “Smerç” raketi atıb. İcra başçısı deyib ki, hücumlar nəticəsində 62 ev dağılıb. Onların 36-sı tamamilə hazırdır, təhvil verilib, 26-da isə son tamamlama işləri yaxın günlərdə başa çatacaq.



Bununla yanaşı, 17 məktəb təmir olunub. Prezidentin sərəncamıyla modul tipli bir məktəb tikilib. 5 saylı şəhər məktəbinin isə artıq layihə-smeta sənədləri hazırlanıb, yaxın günlərdə inşasına başlanılacaq.
Müstəqim Məmmədov onu da diqqətə çatdırıb ki,  184 sahibkarlıq obyekti dağılmışdı, onların da artıq hamısı təmir olunub. 301 qeyri-yaşayış sahəsi dağıdılmışdı. Əmlaka dəyən ziyana görə Prezidentin Sərəncamıyla bütün insanlara 6 milyon 202 min manat kompensasiya ödənilib, 545 baş heyvan üçün kompensasiya ödənilib. Ümumilikdə 6 milyon 794 min 200 manat verilib. Hətta əkin sahələrinə ziyan dəyənlərə də ödənilib. Yəni, əkin sahələrində səngər qazılanlara, mərmi düşməsi nəticəsində dağılanlara. Yəni, insanların bütün təbəqələrinin hamısına kompensasiyalar ödənilib.



Prezident sakinlərlə görüşəndə onların dolanışığı ilə də maraqlanıb. Cəmi bir il keçib, 10 ilin işi görülüb. Necəki 28 illik işğala 44 günə son qoyulub, eləcə də ərazilərimizin məruz qaldığı dağıntılar da çox qısa zamanda aradan qaldırılır. 
Vətən müharibəsində düşmənə necə zərbə endirilibsə özlərinə gələ bilmirlər. Hətta qorxusundan müharibədə iştirak etməyən, həmin günlərdə səsi çıxmayan, lal olan  Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan da anormal insanlara xas sözlər işlədib.


 
İlham Əliyev Serjikə dəmir məntiqiylə ağır zərbələr endirdi 
 
İlham Əliyev bu dəfə də dəmir məntiqi ilə xəstə təfəkkürlü Sergikə zərbələr endirib. İlham Əliyev belə deyib: “Bu yaxınlarda mənə verilən məlumata görə, Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyan haradasa Azərbaycan haqqında, Ulu Öndər haqqında öz səviyyəsinə uyğun çirkin sözlər ifadə etmişdir.  Çünki o, müharibə zamanı Xankəndiyə soxulmuşdu, guya orada hansısa işlər görəcək. Amma görəndə ki, Azərbaycan Ordusu artıq gəlir və onun qulağından tutub Bakıya gətirə bilər, qorxaqcasına oradan fərari kimi qaçmışdır. Mən ona Serjik Sarkisyan ona görə demirəm ki, onu alçaltmaq istəyirəm, ona görə ki, bu, onun əsl adı və soyadıdır. Bizim arxivlərimizdə bu məlumatlar var. Onun “metirka”sında, yəni, doğum haqqında şəhadətnaməsində, onun komsomol biletində Sarkisyan Serjik yazılıbdır. Sonra bunu edib Sarkisyan Serj. Guya “Serj”, necə deyərlər, məqbul bir addır.
Bu gün İrəvanda oturub, öz çirkin ağzını açıb mənim atamın haqqında söz demək ona çox baha başa gələr. Artıq onun qulağından tutub dartmağımıza az qalmışdı. O da yenə haradansa öyrənib, bilib və Xankəndidən qaça-qaça gedib oturub İrəvanda. Bu yaxınlarda keçirilmiş seçkilərdə görün, heç beş faiz səs toplaya bilməyib. 



Görün, erməni xalqı bu məxluqa nə qədər nifrət edir ki, hətta müharibədə günahkar sayılan iqtidara daha çox səs verdi, nəinki ona. Odur ki, bir də deyirəm, bax, mən buradayam, Suqovuşandayam, mən Şuşadayam, mən Hadrutdayam, mən Xocavənddəyəm, hər yerdəyəm. Siz haradasınız?! Cəhənnəmdə, gorbagor statusla bir yerdə. Vəssalam, qurtardı, bitdi”.  

Əla cavabdır. Biz cənnətdəyik, mənfur erməni cəhənnəmdə. Gör nə günə qaldılarsa, öz əraziləri – rəzil Ermənstan belə, onlar üçün cəhənnəmə çevrildi. 
Dünən oktaybrın 3-ü idi, bu gün 4-ü sabah 5-i... Bir il öncə bu günlər terrorçuların kabusuna çevrilmişdi. Bundan sonra da Azərbaycana qarşı azacıq çaşqınlıq göstərsələr, ayları, illərı, bütöv həyatları onların qəniminə çevriləcək.

Ceyhun Musaoğlu  






 




Oxşar xəbərlər