“Hakim Nilufər Cəfərli saxta qətnamə çıxarıb” – Qalib Salahzadə


  • 10:29 / 08 10 2021 |
  • Bölmə: Gündəm / Şikayət



“Bu tarix sizin kimiləri çox görüb, bu dünya sizin kimiləri çox yola salıb. Dünyada ədalət heç vaxt uduzmayıb, bu dəfə də belə olacaq”.

 
Sabunçu Rayon Məhkəməsində hakim Nilufər Cəfərlinin sədrliyi ilə Hacı Qalib Salahzadənin Ağasif Şakiroğluna qarşı iddiası üzrə məhkəmə prosesində ittiham olunan tərəfin qalib elan oluması iddiaçının etirazı ilə qarşılanıb.
 
Bu barədə “Rupor”a açıqlama verən Hacı Qalib Salahzadə bildirib ki, hakim Nülufər Cəfərli Rəsul Quliyevin xeyrinə 24.09.2021-ci ildə sifarişlə qətnamə qəbul edib:

“Hakim çox böyük saxtakarlığa yol verib, ictimaiyyəti aldadıb. İddia edib ki, guya mənim adıma olan evə qeydiyyat vəsiqəsi 2020-ci ildə verilib. Guya bu sənədi bələdiyyə verib. Əslində isə qeydiyyat vəsiqəsini 2002-ci ildə almışam. Orada göstəriliri ki, 213,9 kvadrat metr yaşayış, 3 otaqdan ibarət 56,9 kvadrat metr köməkçi sahə  Salahzadə Qalib Aslan oğlunun mülkiyyətinə aiddir. Bilgə Bələdiyyə Şurasının 2002-ci il, 02 yanvar tarixindəki 14 nömrəli qərarına əsasən qeyd alınıb. Məhkəmə isə qeydiyyat sənədini 2020-ci ildə aldığımı göstərib. Halbuki 2020-ci ildə mülkiyyət sənədi vermək hüququ bələdiyyələrin əlindən alınıb”.
 
Hacı Qalib onu da diqqətə çatdrıb ki, Camalova Kübra, Salahzadə Zemfira, Zalahzadə Xatirənin adına olan mənzillərin də onlara məxsus qeydiyyat vəsiqəsi var. Sənəddə göstərilir ki, Xatirə Salahzadə 74,8 kvadrta metr yaşayış,  66,6 kvadrat metr köməkçi sahəyə sahibdir. Salahzadə Zemfiranın adında 381,6 kvadrat metr yaşayış və 443 kvadrat metr köməkçi sahə var. Camalova Kübra isə 64 kvadrat metr yaşayış sahəsinin, 33,6 kvadrat metr köməkçi sahənin sahibidir.   Camalova Kübraya 1994-cü ildə qeydiyat vəsiqəsi verilib. 2005-ci ildə alqı-satqı yolu ilə Qalib Salahzadədən əlavə yaşayış sahəsi alıb: “Mən Zğulba şosesi 9 nömrəli ünvanda qeydiyyatdayam. Xatirə və Zemfira xanım da qeydiyyat vəsiqələrini 2002-ci ildə alıblar. Hakim bu dərəcədə danılmaz faktları görməzdən gəlir. Məqsədləri də odur ki, 2011-ci ildə fırıldaq yolu ilə Rəsul Quliyevə verilən sənədləri dırnaqarasında qanuniləşdirsinlər. Əmlak Komitəsi də bu prosesdə iştirak edib. Onar bu sənədləri düzüb-qoşarkən bir daha təsdiqləyiblər ki, həmin ərazilər mənim, Kübranın, Zemfiranın, Xatirənin adına olub. Adama deyərlər, əgər mən və adını çəkdiyim insanlar mülklərini satmayıblarsa, necə olur 2011-ci ildə həmin ərazilər Rəsul Quliyevin adına keçib? Camalova Lətifənin, Ənnağının, Həmdağanın adına notariusda təsdiqlənən bələdiyyə sənədləri də mövcuddur. Bakı Şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zğulba şossesi ev 1-də olan 213,9 kvadrat metr əraziyə məxsus sahə Hacı Qalibin mülkiyyətindədir. Rəsul Quliyevə verilən evlər Bağlar İdarəsinin nəzdindədir. Mənim torpağım isə Abşeron rayon İcra Hakimiyyətinə aiddir. Məhkəmənin qərardadında qeyd olunur ki, 29 iyun 2021-ci il tarixdə Rəsul gilə açar göndərmişəm. Mənim evimin açarı da olmayıb, qapılar pultla açılıb bağlanır. Mən açarı kimlə göndərmişəm, o adamın adını desinlər. Bu hakim o qədər böyük saxtakarlıq edir ki, 1-ci sinifdə oxuan uşaq da sənədə baxan kimi həmin fırıldağı görər. Sənəddə qeyd olunur ki, Zğulba şosesi 9 nömrəli ünvan Camalova Kübranın mülkiyyətindədir.  Əgər belədirsə, necə olur həmin mülkiyyətin sonra da baqşasına məxsus olduğunu yazıb? 8 mənzil həmin şəxslərin adınadır, necə ola bilər ki, heç bir dəyişiklik olmadan həmin mülkiyyətin başqasına məxsus olduğunu bildirisən?” 
 
Qalib Salahzadənin sözlərinə görə hakim Rəsul Quliyevin tapşırıqlarını yerinə yetirir: “Mən o hakimi kimlərin idarə etdiyini yaxşı tanıyıram. Onlar yüksək vəzifədədirlər, bu dərəcədə saxtakarlığa imza atdıqlarını gözlərinin içinə deyərəm. Rəsul Quliyev 2011-ci ildə Azərbaycanda olmayıb, necə bizim mülklərimiz onun adına keçib? Hansı sənədə imza atıb, o Rəsul?” 
İddiaçı hesab edir ki, hakim xüsusi qərardad çıxarmalıydı ki, müvafiq qurumlar saxta sənəd düzəldiblər. Mülk onun adına ola-ola baqasının adına keçiriblər: “Rəsul Quliyevin qardaşı Telman Quliyev şəxsən mənə deyib ki, bu işlərə 70 min manat xərcləyib. Guya 2018-ci ildə məhkəmə olub və mənim əleyhimə qərar çıxarıblar. Hakbuki mənim bu məhkəmədən xəbərim belə olmayıb. Sabunçu məhkəməsinin hakimi Mehriban Qarayeva deyib ki, bəs guya mənə çağırış göndərib. Belə oyun olar? O çağırış mənə niyə çatmayıb? İttiham olunan tərəf iştirak etmədiyi halda necə məhkəmə keçirmək, necə qərar qəbul etmək olar? Bu saxta hakimlər Azərbaycan dövlətinin adına ləkədir. Məndə işiniz olmasın, heç sizə qəbir yeri də verməyəcəm. O adamların kimliyini açıb desəm, aləm bir-birinə dəyər. O generala deyirəm ki, eləmə belə şeylər. İnsan özüylə o dünayay bir qarış kəfən aparır. Hanı Ramiz Mehdiyevin hökmü, hanı zakir Qaralovun özü. O Zakir məni 2000-ci ildə tutdurmuşdu ki, guya 8 adam öldürmüşəm. Heydər Əliyev eşidib, məni buraxdırdı. Bu qədər layiqsiz hərəkətlər edərlər. Allah var, ədalət var, ədalət heç vaxt uduzmur. Mən özüm bu mövzuda danışmağa utanıram. Biz qalib dövlətik, o boyda Qarabağı işğaldan azad etmişik. Mənim üçün bu qələbəmizdən böyük heç nə yoxdur. O torpaqları alan Ali Baş Komandana, malım, mülküm, canım da qurbandır. Ancaq o nəhənglikdə insan haqqın tapdanmasına dözmədi, xalqının əlindən alınan Vətənini geri qaytardı, ədalətin zəfərinin qaçılmaz olduğunu sübut etdi, siz isə daim qalib olan haqqı divara qısnayırsınız. Kimsiz axı? Bu ölkəni belə günə qoymağa sizə kim ixtiyar verib? Sabah vəzifədən çıxrılandan sonra yumağa dönəcəksiniz, çünki həmişə başqalarının hesabına yaşamısız. Sizin haqqınızda elə faktlar bilirəm ki, danışsam dəli olarsız. Siz hakimiyyətin, ölkənin düşməni olan Rəsul Quliyevə xidmət edirsiz? Bunun adı xəyanətdir. Vətənə, Prezidentə, xalqa qarşı xəyanət. Hakimlər qadındır. Siz qadını qabağa verib, arxada gizlin işlər görürsüz. Gör məni kiminlə üz-üzə qoymağa cəhd göstərirsiz. Ağasif Şakiroğlu kimdir ki, məni onun ayağına vermək istəyirsiz. Bu qədər hörmətlə yaşa, xalqa, millətə təmənnasız xidmət elə, axırda da səni yeriyəndə büdrəyən bir uşaqla üz-üzə qoysunlar”. 
Hacı Qalib sonda səlahiyətli qurumlara xahiş də ünvanlayıb: “Mən xahiş edirəm, bu işlər üzrə sənədlər dəqiqliyi ilə araşdırılsın və qanuna uyğun hüquqi qiymət verilsin. Azərbaycan hüquqi dövlətdir, burada hüququn aliliyi hər şeydən ucadır və qarantı da cənab Prezidentdir. Saxta əməllərinizlə insanları dövlətdən incik salmayın. Bu tarix sizin kimiləri çox görüb, bu dünya sizin kimiləri çox yola salıb. Dünyada ədalət heç vaxt uduzmayıb, bu dəfə də belə olacaq”.

Ləman
 
 



Oxşar xəbərlər