Qoşulmama Hərəkatı hərəkətin yeni modelini qurdu - Heç kimə toxunmadan irəli


  • 14:20 / 12 10 2021 |
  • Bölmə: Gündəm


Ceyhun Musaoğlu 

Qoşulmama Hərəkatının gücünü göstərən epizodik məqam
 
Qoşulmama Hərəkatının adı çəkiləndə Azərbaycan cəmiyyətində müsbət emosiya yaranır. Bu ad azərbaycanlı üçün ATƏT-in Minsk Qrupunun, BMT-nin Təhlükəsizlik Şurasının və bu sıraya daxil olan məşhur xarici qurumların adından daha doğmadır. 

Doğmalığın bir çox səbəbi var, o səbəblərsə Qoşulmama Hərəkatının daim haqqın yanında olmasıdır. Sonuncu hadisədən bir misal göstərək.  

Vətən Müharibəsi dövründə QH üzvlərinin güclü siyasi həmrəyliyi və dəstəyi daim minnətdarlıq hiss ilə qarşılanacaq. BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə QH-nin və eyni zamanda, Təhlükəsizlik Şurasının üzvü olan ölkələri Azərbaycana dəstək vermək məqsədilə təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar. 

Tarixi hadisədir. 19 oktaybr 2020-ci il. Bu tarix bizim üçün unudulmaz olaraq qalacaq.  BMT Təhlükəsizlik Şurasına bir daha bəyan oldu ki, Azərbaycanı sevən, dəstəkləyən ölkələrəin sayı hər gün artır. Azərbaycanı dəstəkləmək haqqı dəstəkləməkdir. Prezident İlham Əliyev QH hərəkatının üzvü olan qəhrəman ölkələrə - İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikasına məhz haqqın yanında olduqları üçün minnətdarlıq bildirdi.  Məktubda xüsusi olaraq “həmrəylik göstərərək ədalətli və prinsipial mövqelərinə görə” ifadəsi yer almışdı. 


 
Qoşulmama Hərəkatınln prioriteti
 
Qısa tarixə nəzər salaq: 2019-cu il oktyabrın 25-26-da QH-nin dövlət və hökumət başçılarının Bakıda 18-ci Zirvə Görüşü keçirildi. Həmin vaxt Azərbaycan QH-də sədrliyini qəbul etdi. Azərbaycan Respublikasının Prezidenti, QH-nin sədri cənab İlham Əliyev yüksək səviyyəli görüşün açılış hissəsinə sədrlik vəzifəsini öhdəsinə götürərərk Azərbaycanın QH-yə sədrliyi dövründəki prioritetlərini açıqladı.  
  • Pandemiyadan sonrakı dövr üçün Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə QH-nin yüksək səviyyəli görüşünün təşkili; 
  • QH-nin COVID-19-dan sonra daha yaxşı bərpa üçün qlobal tədbirlərə dair tövsiyələrin hazırlanamsı, COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli BMT Panelinin yaradılması; 
  • QH-nin təşisatlanması ideyası ilə bağlı məsləhətləşmələrin keçirilməsi;
  • QH üzvlərinin parlamentariləri arasında əməkdaşlığın inkişaf etdirilməsi;
  • QH-nin gənclər şəbəkəsinin formalaşdırılması;
Prezidentin sədr kimi ilk çıxışında görülməsi vacib olan işləri bu səkildə təsnifatlandırması və əlavə mövzuların da işlənərək həyata keçirilməsinə dair tövsiyələri iclas iştirakçıları tərəfindən yüksək ovqatla qarşılandı. 
 
İlham Əliyev niyə sədr seçildi
 
Prezident nəyi necə demişdisə, elə də etdi. Sonrakı açıqlamalarında belə söylədi: “Bakı Zirvə görüşündəki çıxışımda vurğulamışdım ki, Qoşulmama Hərəkatının digər təsisatlarla dialoqunun inkişaf etdirilməsi və əməkdaşlığın coğrafiyasının genişləndirilməsi Azərbaycanın sədrliyinin prioritetləri sırasında olacaq. Məmnunluqla qeyd edirəm ki, Azərbaycan sədrliyi dövründə digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının yuxarıda qeyd olunan onlayn Zirvə görüşündə iştirak ediblər. Daha sonra Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir”.

Onu da xatırladaq ki, Azərbaycan Prezidenti sözügedən panelin yaradılmasının vacibliyini cari il sentyabrın 23-də BMT Baş Assambleyasında ümumi müzakirələr zamanı çıxışında da səsləndirib. 

İlham Əliyevin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT Baş Assambleyasında  çıxışlarında mütəmadi olaraq, Azərbaycanın QH sədrliyindən və sədr kimi irəli sürdüyü təşəbbüslərdən bəhs etməsi, bununla Hərəkatın beynəlxalq nüfuzunun güclənməsinə önəmli töhfə verməsi təbii ki, təsirsiz ötüşə bilməzdi. 

Bu da nəticə: QH-na üzv dövlətləri yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar verdilər. Bu qərar Prezident İlham Əliyevin dünyadakı nüfuzunun daha bir göstəricisi olması və onun şəxsiyyətinə verilən yüksək dəyərin ifadəsi kimi qarşılandı. Əslində başqa cür ola bilməzdi. Dünya ikili standarlardan, haqq və hüququn pozulmasndan, müstəqil ölkələrə hegemonluqla kənar və ziyanlı müdaxailələrdən, aclıqdan, susuzluqdan, ekoloji tarazılığın faciəvi həddə pozulmasından o qədər əzizyyət çəkir ki! Belə olan halda İlham Əliyev kimi bir şəxsiyyətin BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisata rəhbərlik etməsi göydən düşmə oldu. 


 
“Peyvənd millətçiliyi” – Pis davranışa Azərbaycanın qiyməti 
 
Dünyada ilk dəfə İlham Əliyev peyvəndlərin ölkələr üzrə bölünməsində ciddi ayrıseçkiliyə yol verdiyini yüksək tribunadan səsləndirdi. Azərbaycanın “peyvənd millətçiliyi”nə qarşı BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də qətnamə layihəsi irəli sürməyi planlaşdırır. Əlbəttə QH-na üzv ölkələri bu qətnaməyə böyük dəstək verəcəklər. Əsas prioritet haqqın əzilməzinə qarşı çxmaqdırsa, peyvəndlərin haqsızcasına bölünməsi qətnamənin qəbuluna ehtiyac olduğunu təsdiqləyir. 

Ümumiyyətlə, QH çərçivəsində COVID-19 pandemiyasına qarşı Azərbaycanın gördüyü işlərə müxtəlif ölkələrdən çox böyük müsbət reaksiyalar gəlib.

QH-na üzv olan bir çox dövlətin nümayəndələri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının çoxtərəfli məsələlər üzrə Baş Direktoru xanım Mişel Bokkoz və qurumun Əməliyyatlar və Təchizat məsələləri bölməsinin rəhbəri Paul Molinaro İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirləri nümunə adlandırıblar. 
 


Qoşulmama Hərkatı qapılarnı gənclərə açdı
 
Azərbaycan elə bir siyasət yürüdür ki, dünyanın harasında olursa olsun haqqa qarşı hücumlar yaşananda bzim ölkə onun qarşısına çıxa bilir. Kainat hər kəsin evidir. Kimsənin ixtiyarı yoxdur o evi dağıtmağa səy göstərsin. Azərbaycanın yürütdüyü siyasətdə bu məntiqin əsas süjet xətti olması, onun Qarabağ uğurundakı haqq müharibəsində qalib etdi.

Azərbaycanın QH-na üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımlar atması, artıq Hərəkatın Gənclər Şəbəkəsinin təsis iclasının keçirilməsi və ümumən Hərəkat daxilində təsisatlanma ideyası üzərində yeni platformaların yaradılmasının mümkünlüyü barədə Azərbaycanın təşəbbüslərlə çıxış etməsi riyazi dəqiqliyi ilə hesablanıb. Üzv dövlətlərin yaxınlaşması parlamentlər arası əlqələrin genişləndirilməsindən bir başa asılıdır. Artıq Azərbaycan Milli Məclisi bu istqamətdə bir sıra addımlar atıb. Spiker Sahibə Qafarovanın iyunda Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının Sədri Bakir İzetbeqoviçlə Bakıda görüşməsi və Azərbaycana haqq işində verdikləri dəstəyə görə qonağın ölkəsinə minnətdarlıq ünvanlaması, digər ölkələrlə mütəmadi təmasların qurulması gələcəkdə bu mahiyyətə xidmət edən yeni bir qurumun – QH-na dəstək olan pralamentlərarası bir təsisatın formalaşmasını səciyyələndirir. Hərəkatın Gənclər Şəbəkəsinin təsis iclasının keçirilməsi isə olduqca önəmli hadisədir. “Gələcək gənclərindir”- İlham Əliyevin fikridir. Bu fikir şaxələnib QH-na qədər gedib çıxıb. Bəli, gənclər böyüklərin etdiyi düz hərəkəti genişləndirməli, yanlış hərəkəti təkrar etməməlidir. Onlar indidən kimin kim olduğunu dəqiq öyrənsələr, gələcəkdə təmsil etdikləri ölkələrin həyatında daha önəmli və xeyirli qərarların qəbuluna nail olarlar. 
 
 
Dünya Azərbaycanın sədrliyinin xüsusi çalarlarına diqqət kəsilib. Bu barədə yayılan məlumatlardan oxuyuruq ki, Azərbaycanın QH  üzvlərinin legitim maraqlarını, eyni zamanda beynəlxalq hüquq və ədalətin müdafiəsində dayanmasını, pandemiyanın törətdiyi fəsadlara baxmayaraq, vəziyyətə çevik və adekvat reaksiya verərək düzgün qiymətləndirib. Təsəvvür edin, torpağın işğalda ola – (həmin dövrdə Vətən müharibəsi başlamamışdı), pandemiya tufan qopara, amma sədrlik etdiyin nüfuzlu beynəlxalq təşkilat uğurlardan uğurlara imza ata. Həqiqətən möcüzəvi mənzərədir. 




“...Onda biz dünyada müharibələr və münaqişələr görməzdik” – İlham Əliyev
 
Belə olduğu sonuncu görüşdə - oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda bir da təsdiqləndi. 

Aərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev tədbirin rəsmi açılış hissəsinə sədrlik etdi və növbəti dəfə tarix yazan çıxışı ilə ən azı 120 ölkənin minnətdarlığına layiq götüldü. 

Əgər belədirsə, gərək hər məqama diqqət çəkək. Elə Prezident də çox maraqlı tarixi məqama diqqət çəkməklə həm də dünya ölkələrinə, onların şəhərlərinə yüksək hörməti olduğunu dedi. Belqraddakı hadisəni tarixi hadisə adlandırdı. 

Qoşulmama Hərəkatının sədri çıxışını təmsil etdiyi qurum barədə xoş sözlərlə davam etdirdi. Bildirdi ki, multikulturalizm mədəniyyətinə xas bir model qurulub və 72 ölkə bu modelin əsas tərkib hissəsdir. 

QH-nın təməl prinsiplərindən söz açan İlham Əliyev onları belə təqdim etdi: “Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik.
 
Zirvə Toplantısı – ideyası, təklifi, təşkili Azərbaycana bağlı
 
Sadə və tam əhatəli. Bəli, “Zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir. Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir” – Prezidentin daim səsləndirdiyi və əbədiyyət qazanmış novbəti sadə, hamının gördüyü və çoxunun göz yumduğu həqiqət. 

Azərbaycanın QH-yə üzv olma tarixi barədə danışan Sədr Azərbaycanın tamamilə müstəqil daxili və xarici siyasət yürütdüyünü, daxili işlərinə bütün müdaxilə cəhdlərini effektiv şəkildə neytrallaşdırdığını söylədi.   

Dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşmış və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərmişdir.

Azərbaycan pandemiya ilə mübarizədə keçdiyi yolun sözlərlə təqdimatnda cənab Prezident vurğuladı ki, Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və onu təşkil etmişik. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir.

Prezident bildirib: Bundan əlavə, Zirvə Toplantısındakı təklifimə əsasən, – bu təklif daha sonra 150-dən artıq ölkənin dəstəyini almışdır, - 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası təşkil olunmuşdur. Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Bununla yanaşı, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün biz Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etmişdir.
 
Biz sizin dəstəyinizə arxalanırıq” – Quşulmama Hərəkatnın Sədri
 
“Peyvənd millətçiliyi” adı qazanmış neqativ prosesə qarşı həyata keçirilən mütərəqqi addımların mənzərəsi belədir: “Peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etməkdədir. Belə hərəkətlər Qoşulmama Hərəkatına üzv ölkələri öz əhalisini qorumaq imkanından məhrum edir. Peyvəndlərə çıxış sahəsində fərq çox böyükdür.

Beynəlxalq hesabatlara əsasən, dünyada mövcud olan peyvənd dozalarının 75 faizi 10 zəngin ölkə tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır.

Cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib. BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır və biz sizin dəstəyinizə arxalanırıq – Sədrin çıxıçından növbəti hissədir. Qəti və qardaşlıq mövqeyi də var, sonunda: “Biz sizin dəstəyinizə arxalanırıq”. 
 
Ziyanlı və zeyrli ənənin toqquşması
 
Azərbaycan haqqın dəstəyi ilə 20 faiz ərazisini 44 günə azadlığa çıxartdı. Azərbaycan Prezidenti çıxışnda ölkəmizə qarşı 30 illik haqsız davranışın da səbəbini göstərdi. Onun adı “ikili standartdır”. Azərbaycana belə davranıldı və ədalət haqq üzərindəki qələbəsinin təntənəsini yaşadı. Onlar öz ənənəsindən – çirkin ənənədən vaz keçmirlər, Azərbaycan da mübarək ənənəsini – haqq tapdanan yerdə mən varam prinsipini özünün ənənəsi elan etdiyini onlara xatırlatdı.  

İlham Əliyev xatırlatdığı kimi: “Təəssüflər olsun ki, beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir. Azərbaycan da son 30 il ərzində belə selektiv yanaşmaya məruz qalıb”.
 
Növbəti dəfə növbəti sədr Azərbaycan Prezidenti oldu
 
SELEKTİVLƏR necə vəhşi vəziyyət yaratdıqlarının ya fərqinə varmayıblar, ya da elə ancaq fərqinə varıblar, daha başqa yerlərini görməyiblər. 44 günlük müharibə də film kimidir, elə filmdir. Baxsalar əməllərinin nəticəsində necə vəhşət saçan və sonunda Günəş saçan, özü də şüaları Azəraycana, onun dostlarının ölkəsinə düşən Günəş. 

Prezident çıxışında Xocalını da xatırlatdı, BMT-nin məşum 4 qətnaməsini də, Azərbaycanın BMT-nin yerinə o məşumları məhkumluqdan çıxaran 2020-ci il sentyabrın 27-də ölkənin taleyinə vurulan xoşbəxtlik möhürünü də. Sondasa 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalanması mərasiminin qurulduğu QH üzvlərinin diqqətinə çatdırıldı. “Ermənistanın işğal dövründə Azərbaycanın işğal olunmuş ərazilərində qəsdən şəhər və kəndləri dağıtmış, bütün mədəni və dini abidələri məhv etmişdir. Ermənistanın məqsədi həmin ərazilərdə əsrlər boyu yaşamış Azərbaycan xalqının izini silmək idi” – Prezident belə dedi. 

Bədbəxtlər, izini silmək istədiyiniz xalqın rəhbəri Hərəkata üzv olan dövlətlərin yekdilliklə səsini alaraq sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar verilməsinə səbəb olub. 

Prezident minnətdarlıq edib: “Biz bunu Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymətin əlaməti kimi yüksək dəyərləndiririk. Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin bundan sonra da möhkəmləndirilməsi və Hərəkatın siyasi çəkisinin və qlobal nüfuzunun artırılması istiqamətində fəaliyyətinə davam edəcək.
 
Yola davam, özü də necə davam
 
İlham Əliyev çıxışını yekunlaşdırarkən COVID-19-dan sonrakı dövr üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə QH-yə üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsi təklifindən söz açıb. Deyib ki, BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifinin QH tərəfindən təşviq edilməsi məqsədəuyğ olardı.

QH-nın Sədri QH-nin Gənclər Şəbəkəsinin ideyası üzərində düşünməyi də tövsiyə edib və Hərəkata üzv dövlətlərin bununla bağlı mövqeyini olmasının vacibliyi söyləyib. 

İlham Əliyev onu da vurğulayıb ki, QH-nin sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcək.

Azərbaycanın, ən azı 120 ölkənin yeni dövrü mübarək 
 
Qısa və vacib tarix
 
Qoşulmama Hərəkatının ideyası 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransında formalaşıb. Bandunq Konfransından 6 il sonra, 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə QH-nin institusional əsası qoyulub.

QH-nin hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.

QH-yə üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Zirvə Görüşləri QH-nın ən ali toplantısıdır. Sammitlər 3 ildən bir Baş Assambleyanın ümumi müzakirələrindən ən azı bir ay əvvəl keçirilir. 
 
Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü və sədrliyi
 
Azərbaycan 2011-ci ildə QH-na tam hüquqlu üzv qəbul olunub. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. 



Azərbaycanın sədrliyi dövründə önəmli QH tədbirləri
  • 2019-cu ilin oktyabr ayında QH-nin 18-ci Zirvə Görüşü -  Bakıda; 
  • 2020-ci ilin may ayının 4-də QH-nin sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə QH-nin Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü;
  • Zirvə görüşünün davamı olaraq, BMT-nin 150-dən çox üzv dövləti QH-nin sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü dəstəkləyib;
  • BMT Baş Assambleyasının Xüsusi sessiyasında -  2020-ci il 3-4 dekabr tarixlərində 50-dən çox ölkənin Prezident və 30-dan çox ölkənin Baş nazir səviyyəsində keçirilən mərasimdə Prezident İlham Əliyev QH-nin sədri qismində çıxış edib və 120 ölkənin pandemiya ilə bağlı baxışlarını dünya ictimaiyyətinə çatdırıb; 
  • Pandemya ilə mübarizədə görülən silsilə tədbirlər; 
  • Azərbaycan Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi zəfər qazanması və Xüsusi Sessiyanın keçirilməsi; (Xatırlatma: Xüsusi Sessiyanın keçirilməsinə qarşı çıxmış yeganə ölkə Ermənistan oldu). 

  • QH-nin Xarici işlər nazirlərinin aralıq konfransı bu ilin 13-14 iyul 2021-ci il tarixlərində virtual şəkildə keçirilməsi;
  • Azərbaycanın QH-də sədrliyinin 2023-cü ilə qədər uzadılması. 
Belə bir mənzərə: Müharibədən qalib çıxan ölkə - əzmlə irəliləyən dövlət. Məqsədi də ədalətdir, ədalət!


 




Oxşar xəbərlər