Müdafiə Nazirliyi partlayış səsinə aydınlıq gətirdi


  • 15:28 / 13 10 2021 |
  • Bölmə: Gündəm


Müdafiə Nazirliyi Gəncədə partlayış səsinin eşidilməsinə aydınlıq gətirib.

"Rupor" xəbər verir ki, Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatıb və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir.

"Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - deyə MN-dən bildirilib



Oxşar xəbərlər