Nazir müavinləri ilə jurnalistlər bir arada - Növbəti EKO layihə + Fotolar


  • 10:25 / 16 10 2021 |
  • Bölmə: Gündəm


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə bir qrup media rəhbərinin və təmsilçisinin Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində salınmış zeytun bağında səfəri təşkil olunub. 

"Rupor"-un bu layihədə iştirak edən nünayəndəsinin verdiyi məlumata görə, bu ekskursiyanın özəl tərəfi ondan ibarətdir ki, jurnalistlər nazir müavinləri ilə yaxından ünsiyyət quracaq, bağın təmiz, səliqəli və ekologiyaya müsbət təsirlər göstərə biləcək səviyyədə qorunub saxlanılması mövzusu ətrafında müzakirə açacaqlar.

Ekologiya həyatın özüdür -  bu prinsipə əsaslanan həm qələm adamları, həm də məmur heyəti ölkəmizin hər mənada yaşıl dünyaya çevrilməsinin yolları barədə fikirlərini bölüşəcəklər.

"Rupor" tədbirdən reportaj da hazrlayacaq.

Layihə barədə Nazirlik də məlumat yayıb. Məlumatda bildirilir: 

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün media nümayəndələri ilə birgə yeni layihəyə start verib. Belə ki, layihə çərçivəsində jurnalistlərlə nazirliyin rəhbər şəxsləri arasında əməkdaşlığın səmimi və daha əlçatan qurulmasını təmin etmək məqsədilə qeyri-rəsmi görüşlərin təşkili nəzərdə tutulub.

Bu görüşlər nazirliyin fəaliyyət istiqamətlərini  əhatə etməklə mütəmadi olaraq keçiriləcək. Jurnalistlər onları maraqlandıran suallara cavab alacaq, ETSN-in ayrı-ayrı qurumlarının gördüyü işlərlə daha yaxından tanışlıq və informasiyanı ilk mənbədən almaq imkanı qazanacaq.

Bu görüşlərdən biri bu gün Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində salınmış zeytun bağında baş tutacaq. Jurnalistlər bağda bir neçə il əvvəl əkilən ağacların bəhrəsini görəcək, onlara qulluq edəcək, dincələcək, məhsul toplayacaq, eyni zamanda ETSN-in rəhbər şəxsləri ilə görüşərək onları və ictimaiyyəti maraqlandıran suallara cavab ala biləcəklər.




























Oxşar xəbərlər