Gürcüstandakı hadisələrə Azərbaycan necə reaksiya verdi - Deputatdan açıqlama - Fotolar


  • 11:13 / 16 10 2021 |
  • Bölmə: Gündəm



Gürcüstanın sabiq Prezidenti Mixael Saakaşvilinin ölkəsinə qayıdandan sonra həbs olunması bu ölkəni yenidən dünya gündəminə çıxarıb.

Müşahidəçilərin fikrincə, Saakaşvilinin həbs edilməsi  Gürcüstanda hakimiyyət dəyişikliyilə nəticələnəcək.

Yerigəlmişkən,  dünən Tiflisdə yüz minlərlə insan mərkəzi meydanlara axışaraq, sabiq Prezidentə azadlıq tələb edib.

Azərbaycan Parlamentinin Deputatı Musa Urud Gununsesi.info-ya açıqlamasında  qonşu ölkədəki vəziyyəti dəyərləndirib.

Gürcüstanın Azərbaycana qonşu və dost dövlət olduğunu xatırladan Musa Urudun sözlərinə görə, bu ölkədə bütün hakimiyyətlər dönəmində.Azərbaycanla münasibət isti olub:
Saakaşvili dövründə  də rəsmi  Tiflis Azərbaycana öz münasibətləri yaxşı olub. Yarım milyona yaxın soydaşımız orada yaşayır. Ona görə də münasibətlərimiz elə olmalıdır ki, oradakı iqtidarın da, müxalifətin də xətrinə dəyən sözlər deməyək. Əlbəttə, bu, Gürcüstanın öz daxili işidir, gürcü xalqı qərar verməlidir ki, kimin yanında dursun və  kimi dəstəkləsin. Biz də Gürcüstana qonşu dövlət kimi arzu edərik ki, orada stabillik pozulmasın, hər hansı bir dəyişiklik olacaqsa, qanuni demokratik yolla olsun. Saakaşvili tərəfindən də biz Gürcüstanda rəhbərlikdə olan vaxt Azərbaycana güclü münasibət görmüşük. Gürcüstanın indiki rəhbərliyi tərəfindən eyni münasibət var. Yenə də deyirəm Gürcü xalqının seçiminə biz həmişə hörmətlə yanaşacağıq, o cümlədən oradakı azərbaycanlıların da mənafeyini, maraqlarını qoruyan qüvvəni dəstəkləyəcəyik”.

 

 

 

 

 




Oxşar xəbərlər