Şəhid anasının gileyinə rəsmən müsbət cavab verildi


  • 15:01 / 16 10 2021 |
  • Bölmə: Gündəm


“Mənim övladım Abdulxalıqov Teymur Cayəddin oğlu 07 yanvar 1994-cü il tarixində Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

30 may 2021-ci il tarixində elektrik qısaqapanmasından evimiz alışaraq içindəki əşyaları ilə birlikdə tamamilə yanaraq külə döndü". 
Bu sözləri  mətbuata açıqlamasında şəhidin anası Solmaz Abdulxalıqova bildirib. 

Şəhid anası onu da vurğulayıb ki, dəfələrlə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qəbulunda olsa da, ona  hər dəfə "get növbəni gözlə" cavabı verilib.  

Rupor.az xəbər verir ki, şəhid anasının bu şikayəti sakini olduğu rayonun cavabdeh orqanlarının reaksiyasına səbəb olub.

Göyçay Rayon İcra hakimiyyətindən saytımıza verilən məlumata görə, birinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəmanımız Abdulxalıqov Teymurun anası Solmaz Abdulxalıqova, Göyçay rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul olunub və mənzillə təmin edilməsi üçün rayon icra hakimiyyəti başçısının sərəncamı ilə güzəştli mənzil qeydiyyatına alınıb".

Şair Abdulla




Oxşar xəbərlər