Gəncə icra hakimiyyəti şəhid ailəsinin gileyinə dərhal reaksiya verdi


  • 15:01 / 20 10 2021 |
  • Bölmə: Gündəm / Şikayət
 

Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri Nicat Qasımovun əmisi oğlu Kamil Qasımov, ötən gün “Rupor” un redaksiyasına şikayət ünvanlayıb. 

"Rupor" xəbər verir ki, o bildirib ki, qəhrəmanımızın nə anım nə də doğum günündə icra məmurlarından heç kim onları yad etmir. 

Bununla yanaşı Nicat Qasımovun doğulduğu və yaşamış olduğu Gəncə şəhəri, Azərbaycan küçəsi, 97 a ünvanında yerləşən ərazinin asvalt örtüyü yoxdur, bu barədə yerli məmurlara və qurumlara dəfələrlə müraciət edilib və qarşı tərəfdən heç bir müsbət cavab verilməyib. 

Təəssüf doğuran bu məqamlarla bağlı saytımızda yazı dərc olunan günün səhəri Gəncə icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi ilə əlaqə saxlanılıb. 

Bu barədə redaksiyamıza yenidən telefon açan Kamil Qasımov bildirib:

“Bizə Gəncə Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi Fərman Rüstəmov zəng edərək dedi ki, ərizə yazmısız, o küçədə hazırda işıqlanma gedir, işıq çəkilir. Həmin küçəyə yol çəkiləcək. Orda 30 hektara yaxın boş ərazi var, əmlakın balansındadır. Ordan şəhidin ailəsinə torpaq verəcəklər ki, qəhrəmanımızın adına park salaq. Bununla bağlı əmlak komitəsi ilə danışıq gedir və bizə kömək göstərəcəklər. Lazım olsa parkı öz vəsaitimiz hesabına salarıq”. 

Şəhidin əmisi oğlu onu da vurğulayıb ki, Nicat Qasəmovun adının küçəyə verilməsində bir qədər problem var:

“Dedilər ki, şəhidə küçə adı verilməsi ilə bağlı sizə heç bir köməklik edə bilmərik. Ancaq Milli Qəhrəmanların adına küçə verilə bilər”.
 
Şair Abdulla
 

 



Oxşar xəbərlər