Oqtay Şirəliyev barəsində yayılan xəbərlərə aydınlıq gətirildi


  • 18:20 / 10 07 2020 |
  • Bölmə: Gündəm / Səhiyyə


“Səhiyyə naziri Oqtay Şirəliyevin sağlamlığında heşç bir problem yoxudr, öz işinin başındadır”. 

"Rupor" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Aparat rəhbəri bildirib ki, Oqtay Şirəliyev ölkədəki pandemiya ilə mübarizədə aktiv iştirak edir: 

"O, ictimaiyyət qarşısına çıxır və televiziya verilişlərinə çıxır. Səhiyyə nazirliyi ilə ictimaiyyət arasında əlaqə mövcuddur".




Oxşar xəbərlər