Cəmil Həsənli müxalifətinin Azərbaycan Zəfərinə qarşı Londondan hücum planı


  • 19:12 / 11 11 2021 |
  • Bölmə: Gündəm


 
Sağlam müxalifət dövlətə, xəstə müxalifət dövlətsizliyə xidmətdir 
 
Əlbəttə, demokrtaik cəmiyyətlərdə ölkəni idarə edən hakimiyyətin təmsilçisi olan iqtidar partiyası mütləqdir ki, əqidəli insanların toplaşdığı əsl müxalifət partiyasının varlığana rəvac verən şərait yaratsın. 
Qərəzli olmayan müxalifət neqativ halları ictimailəşdirməklə hakimiyyətə daha geniş islahatlar apamağa təkan verir. Təəssüf ki, Azərbaycanda bu gerçəklikdən uzaq düşən müxalif qüvvələr də var və onlar hakimiyyəti özlərinin düşməni elan etdiklərinə görə fərqinə varmadan belə, dövlətin dayaqlarını sarsıtmağa yönələn addımlar atırlar. 
Müxalifətçilik daha çox qışqırmaq və radikal böhtanlar atmaq sənəti deyil. Hazırda parlamentdə təmsil olunan müxalifət partiyalarının sədrlərindən elələri var ki, Milli Məclisin tribunasından kəskin çıxışlar edir, hakimiyyətin sürətləndiridiyi həm siyasi, həm də iqtisadi islahatlarda çatışmazlıqları dilə gətrir. Hakimiyyətdə konkret sahələrə cavabdeh məmurların bu tənqidlərdən nəticə çıxararaq düzəltdiyi yanlışlıqların sayı da az deyil. 
Belə münasibətə sağlam münasibət deyilir. Bir də var, sözün hər mənasında xəstə müxalifət. Əslində onlar xəstələnməyiblər, elə əvvəldən təfəkkürlərini qərəzlə o qədər zorlayıblar ki, bütün hadisələrə rəğmən doğulan fikirlər də eynən zorlanmış qiyafədə görünür. 
 
Radikal müxalifətin ingilissayağı “oyunu”
 
Budur, o düşərgənin bir neçə təmsilçisi növbəti dəfə dövlət əleyhinə təxribatlar törətməyə başlayıblar. Yayılan dəqiq məlumatlara görə, radikallığı ilə özünə qarşı ikrah hissi oyadan Milli Şuranın sədri Cəmil Həsənli və bu yaxınlarda ADR rəhbəri Qubad İbadoğlu Londonda “xüsusi əməliyyata” hazırlaşırlar. Onlar artıq Londonun internet televizyalarında Azərbaycan əleyhinə çıxışlar da edirlər. Əsas mövzuları da “Pandora sənədləri”dir. 
 
“Pandora sənədləri” – qələbədən əndişələnənlərin karbonlu havası
 
Bir xatırlatma edək. 13 oktyabr 2021-ci ildə Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində haqqında danışılan bu “sənədlərlə” bağlı fikirlərini açıqlamışdı. Cənab Prezident belə demişdi: "Bu, jurnalist araşdırması deyil. Məlumdur ki, bunun arxasında kim dayanır. Aydındır ki, nəyə görə Azərbaycanın da adı çıxır. Mən başqaları haqqında bilmirəm. Ola bilsin, bəlkə onlar da elə bir şey ediblər ki, Qərbdə bəzi qüvvələrin xoşuna gəlməyib. Lakin Azərbaycana gəldikdə, əlbəttə ki, İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan bunu özü etdi və Ermənistanı məğlub etdi, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər. Biz bunu gözləyirdik. Əslində, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır".
Bu açıqlamada iki məqama diqqət çəkək: “Bu jurnalist araşdırması deyil” – ifadəsini səsləndirən Prezident bir daha vurğulamış oldu ki, məhz KİV-in araşdırmasını ciddi qəbul edir. Əslində demokratik xarakterli siysətçi məhz belə də düşünər. “Pandora sənədləri” isə sifarişli xarakterlidir. Niyə Azərbaycana qarşı belə məkrli maraqlar mövcuddur? Prezident qalibiyyətlə yekunlaşdırdığımız müharibədən söz açaraq sonda “Biz bunu gözləyirdik. Əslində, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır" – fikrini də söyləyib. 
 


Həsənli – İbadoğlu – Hacıbəyli triyosundan çıxan anti-musiqi
 
Buyurun, gözlədiyimiz baş verir. Qarabağın əbədi işğalda qalmasına çalışan erməni diasporunun Londonda hansı oyunlardan çıxdığı göz önünüdədir. 44 günə 28 illik işğala sön qoyan qəhrəman ordumuzun şücaəti Günəşə tutulan güzgü effekti verib. Güzgüdən düşən şüa həm qərəzli erməni və ermənipərəst London siyasətçilərinin, həm də müxalifətçilik fəlsəfəsindən uzaq Cəmil Həsənli komandasınn gözlərini necə qamaşdırıbsa, məhz ermənilərin dəsti xəttinə bənzər yola düşüblər.  
Qubad İbadoğlu iqtisadçıdır, əslində indi arxasınca düşdüyü radikal müxalifətin onu necə siyasi fiqur kimi əzməyə çalışdığını təəssüf ki, unudur. Arif Hacılının ilk dəfə sədr seçilən Müsavat Partiyasının qurultayında Qubad İbadoğlu da namizəd idi. Uduzdu və açıqalmalarında ona qarşı saxtakarlıqlara əl atıldığını dedi. İndi həmin saxtakarlarla bir arada, ölkəsinin leyhinə iş aparmaq çox absurd görünür. O, London İqtisad Məktəbində  (LSE) çalışır və uzub illərdir oradan etdiyi çıxışları ilə hakimiyyəti hədəfə alıb. İndi isə Cəmil Həsənlini də öz monopoliyasına salmağa çalışır. 
Əslində burada müəmmalı heç nə yoxdur. Onlar həmişəki kimi radikal hücumlarını davam etdirirlər. Sadəcə, bir sual cavabsız qalır: Son 20 ilə yaxın bir müddətdə hakimiyyəti Qarabağı və ətarf rayonları işğaldan azad etməməkdə günahlandıran bu radikallar işğala son qoyulandan sonra da mövqelərindən geri çəkilmədilər?! 
Elə bu xarakterin qanadında da Londona düşüblər. Əldə etdiyimiz məlumata görə, “Milli Şura”nın daha bir  üzvü Gültəkin Hacıbəyli də onların yanına uçub və Azərbaycan qarşı növbəti plan ətrafında çertyoj çəkirlər. 
Burada işin müəmmalı tərəfi ondan ibarətdir ki, proses gizli aparılır və bir nöqtə qoyanda belə onu ictimailəşdirməyə çalışan bu komanda indiki planı gizlin həyata keçirməyə cəhd göstərir. Əgər onların görüşləri, hər hansı tədbirləri leqal xarakterlidirsə, nəyi kimdən gizlədirlər? Qəribədir ki, Gültəkin Hacıbəylinin Londona gəlməsi barədə informasiyanı mediaya özləri sızdırsalar da, detalları açmayıblar.  
 
Bu, necə pandorik sənəddir ki, nə var, nə də yoxdur
 
Cəmil Həsənli 7 noyabrda internet tv-lərə verdiyi  açıqlamasının (https://www.youtube.com/watch?v=axNmBfSB0f8 ) 5-8-ci dəqiqələrində  səfərin məqsədi barədə qısa bilgi verir. Bildiri ki,  “Pandora sənədləri”nin reallığını isbatlamaq üçün faktlar toplamaq məqsədi ilə Londona gedəcəklər. Bəs səfəri kim təşkil edib? Bu sualın cavabnda o, “bəzi demokratik təsisatlar” cavabını verib. Azərbaycanın qələbəsindən əndişələnən təsisatlar necə demokratik ola bilər? Məgər haqqın qələbəsini bütün dünyaya elan etmək elə demokratiyann xilası deyilmi? İndi qalib ölkənin əleyhinə işlər qurulur, adını da qoyurlar “demokratik təsisatların planı”.  Bu qədər də paradoksallıq olmaz. “Milli Şura” sədri deyib ki, məqsəd Britaniya hökumətinin diqqətini Pandora sənədlərinə çəkməkdir.
“Milli Şura” sədrinin açıqlaması özünün və şəbəkəsinin əvvəlki tezislərinin tam əleyhinədir. Öncəki  açıqlamaları (https://mikroskopmedia.com/2021/10/04/eliyevlerin-londonda-700-milyon-dollarliq-gizli-serveti-ortaya-cixib/ )  bu istiqamətdə qurulmuşdu ki, guya Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) və OCCPR-in (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya araşdırmaları layihəsi)  hesabatlarının (https://www.occrp.org/en/the-pandora-papers/  //  https://www.icij.org/investigations/pandora-papers/ )  “legitimliyi” Avropanın siyasi çevrələrində  şübhə doğurmur.  Rəy yaradırdılar ki, Britaniya Cinayətlər Agentliyi  ICIJ /OCCPR-lə “müştərək işləyir” ( https://toplum.tv/siyaset/muxalifet-pandora-senedleri-ile-bagli-bas-prokurorluga-muraciet-etdi). 
Bu necə sənəddir ki, radikal müxalifət onu yenidən təqdim etməyə, üzərində dəqiqləşdirmələr aparmağa çalışır və bunun üçün müxtəlif siyasi çevrələrin qapılarında boyun bükür.   Belə çıxır ki, Böyük Britaniyanın həmin hesabatdan ümumiyyətlə xəbəri yoxdur. Belədə məntiq danışsın gərək: “Pandora sənədləri” hansı qüvvələrin qondarmasıdır. Azərbaycanın qəlibiyyətinin birinci il dönümündə qıcıqlanan qüvvələr kimdir? Sadə cavab: kim ölkəmizin qalibiyyətini sınirə bilmirsə, radikal müxalifəti qızışdırıb dövlətinə qarşı çevirən də odur. Beləsi ingilis kökənlidirsə belə, yenə də erməni xislətli, erməni düşüncəlidir. Qarabağın azadlığını birmənalı olaraq qəbul etməyən Ermənistandır. Cəmil Həsənli və komandası Ermənistanın arzularına qanad olmağa başlayıblarsa, belə qanadlarla uzağa uçmaq olmaz.  
 


Ermənipərəst qüvvələrin əlində vasitəyə çevrilən millişuraçılar
 
“Radikallar”ın London səfəri”ni təşkil edənlər  ICIJ /OCCPR-in hesabatlarının ciddiyə alınmasına çalışırlar, bunun üçün xüsusi kampaniya keçirirlər. Təşkilatçılar “Azərbaycan müxalifəti” adından müəyyən qrupu bu prosesə qatmaqla, onların adından açıqlamalar yaymaqla  rəsmi Londonda  “Pandora sənədləri”nin legitimliyi barədə rəy formalaşdırmağa çalışırlar. Əslində gerçəklik budur. Haqqında danışdığmız o 3 siyasətçi məkrli qüvvələri əllərində vasitəyə çeviriblər. Londonla Bakını üz-üzə qoymaq istəyənlər unudurlar ki, Böyük Britaniya  “44 günlük Vətən müharibəsi”ndə Azərbaycana istisnasız dəstək verib. İkinci Qarabağ savaşının davam etdiyi günlərdə  BMT-nin Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-obyektiv, qərəzli mövqe əks etdirən bəyanat açıqlamaq niyyətində olub. Amma  Britaniya bunun qarşısını alıb. Bəyanatın mətnində  hərbi əməliyyatların dərhal dayandırılması, proseslərə üçüncü ölkələrin hər hansı formada müdaxiləsinin yolverilməzliyi və “münaqişə zonasında terrorçuların mövcudluğu”ndan bəhs olunub. Layihə birmənalı şəkildə Ermənistana dəstək xarakteri daşıyıb. Britaniyanın BMT TŞ-dəki daimi nümayəndəsi Barbara Vudvord sənədin qeyri-obyektiv olduğunu, Azərbaycanın öz ərazisində sülhə məcburetmə əməliyyatları apardığını və ərazi bütövlüyünü bərpa etməyə çalışdığını əsas gətirərək bəyanata veto qoyub. Bununla da problem aradan qalxıb. Ermənistanın xarici işlər nazirinin müavini olmuş Şavarş Köçəryan məlumatı  təsdiqləyib.  
(https://www.azerbaycan24.com/britaniya-bmt-ts-da-azerbaycan-eleyhine-beyanata-veto-qoydu/ ). 
Əlbəttə qıcıq yaranmalıdır. Böyük Britaniya Azərbaycanın haqq işini dəstəkıyir, arada ciddi iqtisadi münasibətər var. Belədə Londonda demokratiyadan uzaq təsisatların dəridən-qabıqdan çıxması başadüşüləndir, axı onlar erməni diasporunun rişələridir. Daha başqa oyunların da şahidi olacağıq. Bu yaxınlarda Böyük Britaniyada özünü tanımayan elə təsisatlardan əleyhimizə bəyanatlar səsləndirilə bilər ki, adamın əli ağzında qalar. 
Böyük Britaniya Parlamenti də Azərbaycanın hansı səviyyədə olduğunu yaxşı bilir. Britaniya parlamentində  “erməni soyqırımı”nın tanınması ilə bağlı müxtəlif cəhdlər göstərilsə də,  ( https://yeganahajiyeva.com/2021/11/05/boyuk-britaniya-parlamentind%C9%99-dinl%C9%99m%C9%99l%C9%99r/ ) Lordlar Palatası  erməni lobbi qrupunun təşəbbüsünə yox deyib. Bir fakt: Palata “erməni soyqırımının tanınması, 24 aprelin  soyqırım qurbanlarının xatirəsini anma günü elan edilməsi” təklifinə qarşı çıxıb. Baronessa Karolin Koks təklifin müzakirəyə çıxarılması üçün cəhdlərini indi də davam etdirir. Qeyd edək ki, Böyük Britaniyanın dövlət arxivlərində Osmanlı tarixinin bütün dövrləri, xüsusilə də 1915-ci il  hadisələrinə dair arxiv sənədləri mövcuddur. Təsadüfi deyil ki,  “Erməni soyqırımı”nı  inkar edənlərdən biri, ABŞ-ın Prinston Universitetinin professoru Heath Louri bu yöndə tədqiqatlarını məhz Böyük Britaniyanın Kral kitabxanasındakı arxiv sənədləri əsasında hazırlayıb. Onun hazırladığı hesabat bu gün bütün dünyada yalançı erməni soyqırımını ifşa edən əsas faktoloji hesabat kimi qəbul  olunur.
Böyük Britaniya İcmalar Palatasındakı  erməni lobbisi 2020-ci ilin noyabrından vəlvələ içərisindədir. Ermənistanın bizim Vətən müharibsində biabırçı məğlubiyyətindən 2021-ci ilin oktyabr-noyabr aylarında Leyboristlər və Mühavizəkarlar  partiyalarında yer tutan erməni lobbiçiləri Azərbaycan və Türkiyə əleyhinə iki müzakirə keçiriblər. Müzakirələrdən biri  məhz  Şuşanın azad edilməsi və müharibənin bitməsi günlərinə təyin olunub, yəni, 9-10 noyabr tarixlərinə. Noyabrın 9-da  Böyük Britaniya parlamentinin İcmalar Palatası “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini müzakirəyə çıxarıb. Sözügedən qanun layihəsi Böyük Britaniya parlamentinin üzvü Tim Lotton tərəfindən təqdim edilib. Leyboristlər Partiyasının üzvü Con Spelların iştirakı ilə hazırlanmış və “1915-ci il erməni soyqırımı”nı tanımağa yönəlmiş qanun layihəsi müzakirəyə çıxarılıb. (https://parliamentlive.tv/event/index/6be40a26-ff22-4c83-9a03-fcf2e342cea9?in=14%3A35%3A34&fbclid=IwAR2iXLy2XpL0TPSQ30l9v_TW07cnnDApMdhXvH5lfL3dEX29IxyKaxJe5eQ) Layihə  2021-ci il dekabrın 10-da İcmalar Palatasında  da müzakirəyə çıxarılacaq. Bu isə düz bir il əvvəl Türkiyə Prezidentinin də iştirakı ilə Bakıda Zəfər paradının keçirildiyi tarixdir.
 
Masis Mayılyan və Cəmil Həsənli arasında əqidə birliyini göstərən hadisə unudulmayıb
 
Müzakirələrin tarixindən gerçəklik bəlli olur. Çox güman Böyük Britaniya dövləti bir neçə ermənipərəst ünsürün və onlara dəstək verən azərbaycanlı müxaliflərin rəsmi Londonun xarici siyasətdə qorumağa çalışdığı marağına zərbə vurmaq istiqamətində addımlar atdıqlarının  fərqindədir. İndiki məqamda Azərbaycan və Türkiyə kimi nəhəng gücə sahib ölkələrlə üz-üzə, göz-gözə durmaq hər hansı dövlətin arzulamadığı aqibətdir. Con Spelların müəllifiliyi ilə hazırlanan müzakirə mətnlərində diqqət çəkən  məqamlardan biri də Britaniya kəşfiyyatının rəhbəri Riçard Murun adının keçməsidir. O, Türkiyə xüsusi xidmət orqanları ilə yaxın təmaslarda qınanılır. İngiltərənin Türkiyədə eks səfiri olmuş, Britaniya kəşfiyyatının hazırki  rəhbəri Riçard Mur  Vətən müharibəsi günlərində Türkiyəyə səfərlər edib. Bu səfərlər indi erməni lobbisi tərəfindən onun əleyhinə çevirilir.
Hadisələrə həndəsənin stereometriya bölməsi çərçivəsində baxsaq, yəni proseslərin bütün tərəflərini görməyə çalışsaq,  “Pandora sənədləri” kimi qondarma hesabatın indi gündəmə gəlməsinin, Böyük Britaniya Parlamentində qondarma soyqırım üzrə  dinləmələrin başladılamasının,  Azərbaycanın  “radikal müxalifət” təmsilçilərinin bu dinləmələrə dəstək vermək üçün Londona çağırılmasının qalibiyyətimizin möhtəşəmliyini sinirə bilməyən qüvvələrin murdar düşüncəsinin məhsulu kimi dəyərləndirə bilərik. 
Əslində bizim “radikallar” belə hərəkətlərə dəfələrlə imza atıblar. Bir fakta diqqət çəkək: 2019-cu ildə ABŞ  Konqresi  “erməni soyqırımı məsələsi”ni gündəmə çıxarmışdı. Həmin ilin oktyabr ayında  qondarma “Dağlıq Qarabağ Respublikasının” qondarma “xarici işlər naziri” Masis Mayılyan ABŞ-a səfər edərək  Konqresdə qalmaqallı tədbir keçirdi, “DQR-in  müstəqilliyini” qeyd etdi. (https://publika.az/news/abs/294627.html ).
Həmin dəqiqələrdə “Milli Şura” sədri Cəmil Həsənli Vaşinqtonda Masis Mayılyanla eyni anda konfrans keçirmişdi. Masis Mayılyan Konqresdə “DQR  müstəqilliyi”ndən danışır, Cəmil Həsənli  “Azərbaycanda demokratiyanın olmaması” barədə açıqlamalar verirdi. (https://axar.az/news/gundem/418935.html ) Məhz  həmin vaxt, yəni proseslərin ağırlığı Vaşinqtonda olanda  Qubad İbadoğlu da ABŞ-ın Rutgers Universitetində çalışırdı. 
Məkanlar dəyişib, amallar eynidir. Bu gün isə anti-Azərbaycan və anti-Türkiyə şəbəkəsi hədəfinə  London üzərindən çatmaq istəyir. Paralel şəkildə erməni lobbisi Britaniya Prlamentində qondarma soyqırımı məsələsini gündəmə gətirib. ICIJ /OCCPR də öz hesabatlarını indi açıqlayıb və prosesləri London üzərində fokuslaşdırıb. Azərbaycanda Zəfər Günü qeyd olunur, özünü azərbaycanlı adlandıranlar bu günə zəhər qatmağa çalışırlar. Fərqinə varmırlar ki, minlərlə insan bu günə görə canını fəda etdi. Onları ruhu mübarək günə, şeytani çalarlar qatanları bağışlamaz. 

Ceyhun Musaoğlu 



Oxşar xəbərlər