"Onlar hələ ağıllanmayıblar" - Qulu Məhərrəmli


  • 15:10 / 25 11 2021 |
  • Bölmə: Gündəm


Sabah Soçidə üçtərəfli görüşün ciddi nəticələr verəcəyinə və Ermənistanın hansısa addımlara asanlıqla razılaşacağına inanmaq sadəlövhlük olardı
 
“Rupor” xəbər verir ki, bu sözləri siyasi şərhçi, professor Qulu Məhərrəmli öz facebook hesabında noyabrın 26-ı Soçidə keçiriləcək Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının görüşünü şərh edərkən deyib. 
 
Qulu Məhərrəmli həmçinin qeyd edib ki, Paşinyanın dünənki çıxışında Azərbaycana yönəli ittihamlar da göstərdi ki, bunlar hələ “ağıllanmayıblar”. 
 
“Bu ittihamların bəzilərinin Rusiya barıtının iyisisini verməsi də öz yerində. Amma bunlarla yanaşı Brüssel görüşü ərəfəsində Kremlin diplomatik imici baxımından hansısa razılaşmanın imzalanması da mümkündür”.

Şair Abdulla



Oxşar xəbərlər