Nikol adam dilində anlamayacaq - Sərt həqiqət+Şərh


  • 17:11 / 25 11 2021 |
  • Bölmə: Gündəm


Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə savaddan və məntiqdən kənar fikirlər səsələndirib. Ümumiyyətlə onun siyasəti öz xalqının əleyhinə yönəlib desək, bizi faktlar yanılmağa qoymaz. 
 
Azərbaycan heç vaxt müharibə istəməyib və sona qədər bu mövqeyinin müdafiəsində dayandığını ən yüksək səviyyədə dəfələrlə sübut edib. 44 günlük qalibiyyət müharibəsinin başlanmasına da məhz Paşinyan hakimiyyətinin səbatsızlığı səbəb olub. 
 
Bu ölkə xaos içərisindədir
Müharibə bitib və regionda nəhəng iqtisadi layihələrə başlanılıb. Azərbaycan dinc qonşuluq siyasətini daha əzmlə yürüdərək, Qafqazda, o cümlədən bütün dünyada sülhün, əminamanlığın, iqtisadi sıçrayışın tərəfdarı kimi yenə liderliyini qorumaqdadır. Ermənistandasa nə baş verdiyini anlamayan “liderlər” təmsil etdikləri xalqı çoxdan uçuruma yuvarladıblar. Bu ölkə xaos içərisindədir. Bu da növbəti fakt: Nikol Paşinyan Ermənistan ərazisi boyunca nəqliyyat dəhlizlərinin açılmasını təhlükəli hadisə kimi anlayır. Bu üzdən regiona inkişaf gətirən, yaxud regionu inkişafa aparan nəhəng layihələrin əleyhinə bəyanatlar verir. Dəfələrlə həm diplomatiya, həm də müharibə meydanında rəzil duruma düşən erməni siyasəti fiaskodan çıxa bilmir. 



Azərbaycanın “nəhayət dinc otursanız, xəstə təfəkkürünüzdən əl çəksəniz, kilsənizin yedəyindən, diasporunuzun ətəyindən düşüb bir dövlət kimi yeriyə bilsəniz, əlinizdən tutarıq ki, yıxılmayasız” jestinə də  “hə” cavabı verəcək qədər cəsarət sahibi deyil Ermənistan, əlbəttə onun baş naziri Paşinyan da.
 
Azərbaycan üçtərəfli bəyanatın 9-cu bəndini və lupa təqdim edə bilər
Savadsızlıq və səbatsızlıq, hər ikisi bu “siyasətçi”nin boyuna biçilib. Bu dəfəsə məhz səbatsız olduğunu təsdiqləyib. Fikrini belə əsaslandırır ki, üçtərəfli bəyanatda dəhliz ifadəsi yoxdur. Azərbaycan üçtərəfli bəyanatın 9-cu bəndini üstündə də böyüdücü şüşə ilə Paşinyana təqdim edə bilər. Kapitulasiya aktı kimi tarixə düşən bəyanatı terrorçu xislətli dövlətin başında duran cavabdeh şəxs qələbə möhürlü həmin görüşdə imzalamayıb. Qaçıb, dəqiqliyi ilə təsdiqlənib ki, gizlənib. Uduzmağın etirazına qalxan ermənilər otağına da giriblər, tapılmayıb. 

Çox utancvericidir. Bəyanatın 9-cu bəndi isə şux dayanıb:

- Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.
 
Məşhur bənddə belə yazılıb. Qaldı böyüdücü, onu da Rusiya göndərsə daha təsirli olar. Sülhməramlılar ən azından məsafə baxımından bir addım yaxındırlar. 9-cu bəndi Azərbaycan ərazisindəki separatçılara uzatsalar götürüb baş nazirlərinə çatdırarlar. 
 
Yəni bu qədər? Ardınca söylədiyi arqumentinə bax bunun. 6-cı bəndi də “şərh” edib. Həm də hardan hara düşür. Deyir ki,  dəhliz ifadəsi Laçın koridoruna münasibətdə qeyd olunub. 
 
Bu da həmin bəndin həmin hissəsi: “Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”. 
 
Laçın koridoru ifadəsinin yanında maneəsiz hərəkət ifadəsi yoxdur
Belə görünür: Bu adam həqiqətən reallıq hissini tapa bilməyib. Bizim Vətən müharibəmizdə olub-qalanını da itirəndən sonra ələ bir şey gəlməyib. Yoxsa anlayardı: Laçın koridoru ifadəsinin yanında maneəsiz hərəkət ifadəsi yoxdur; Ermənistan Laçın dəhlizindən istifadə edirsə, niyə Azərbaycan Naxçıvanla əlaqə üçün Ermənistan ərazisindən keçən dəhlizdən yararlanmasın? Belə ucuz populizm bu dəfə savadsızlığın fonunda eybəcər görünür. Regionda kommunikasiyaların açılmasına maneə törədən tərəf insanlığın, sosial rifahın düşümənidir. 


 
Ölkəmizə möhacdırlar
Məntiqsiz açıqlamalardan daha biri də Zəngilan dəhlizinin açılması ilə bağlıdır. Ya bu layihənin Ermənistanın xeyrinə olduğunu anlamır, ya da ölkəsinin bilərəkdən ziyanına çalışır. Biz qalibik və imkanlıyıq. Azərbaycan İran vasitəsi və hava yolları ilə Naxçıvanın blokadadan çıxmasını çoxdan təmin edib. Eyni zamanda Naxçıvanın Türkiyə və İranla sərhədi var.  
 
Boşboğazlıqdır. Dəyirman öz işindədir. Bu sistem bərəkət simvoludur həm də. Regiona rifah gəlir. Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonundan keçən hissəsində - Eyvazlı və Qazançı kəndləri ərazisində nəzarət-buraxılış məntəqələri qurulub. Ermənistan qeydiyyatında olan nəqliyyat vasitələrindən Azərbaycan qanunlarına uyğun olaraq rüsum toplanılır. 
 
Ölkəmizə möhtac qalıblar. Paşinyanın haqqında bol-bol danışdığı Tatev yolu istifadəyə yararsızdır. Yük avtomobillərinin hərəkəti qeyri-mümkündür. Öz yolunu bağlayan, ona yol açanlara da hədyanlar yağdıran canlının adı nədir? Lap 1-ci sinif sualıdır, eləmi?! 
 
Paşinyan Ermənistanı açıq savaşa çəkir
Davranışları da uşaq düşüncəsinin hərəkət cədvəlidir. O marşrutdan kənara çıxmağı bacarmır. Cəhd də göstərmir ki, bəlkə alındı. 9 noyabrda Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan görüşün təxirə salınmasının səbəbi “mən deyiləm” deyir. Rusiyanın siyasi  mənbələri və mətbuatı də görüşün alınmamasında Paşinyanı hədəf kimi göstərir. Konkret: Ermənistan tədbirə bir gün qalmış səbəb göstərmədən qatılmaqdan boyun qaçırıb. 9 noyabr görüşünün yekun bəyanatı da hazırlanırdı. Təşəbbüskar Rusiya idi. 
 
Paşinyan Ermənistanı Rusiya ilə açıq savaşa çəkir.  Hansı üzlə? Rəsmi Moskavanın təklifinə dirsək göstərmək, hörmətsizlik sərgiləmək, ardından üçtərəfli görüşün Brüsseldə keçirilməsi üçün Avropa İttifaqına müraciət etmək Rusiyanı aşağılamaqdır. 
 
Günah bizdən keçdi, çox dedik, az eşitdi
Zəngəzur ifadəsi belə, Paşinyanın canına vəlvələ salıb. Həyacanlı günləri qayıdıb. 44 gün hansı miskin duruma düşdüyünü göstərən bütün janrlarda təqdimatlar hələ də tirajlanmaqdadır. Əks təqdirdə Zəngəzur korridoru və ya Şərqi Zəngəzuru real olmayan coğrafi ərazi kimi qiymətləndirməzdi. Öz arşını ilə ölçür. İrəvan adlı bölgənin Ermənistana çevrilməsi onun beynini də çevirib – tərsinə düşünür. Üstəlik dünyadan xəbəri də yoxdur. Mərkəzi Afrika Respublikası, Şimali Makedoniya Qərbi Saxara, Cənubi Tirol, Şərqi Timor kimi tarixi-coğrafi adlar var. Heç kim onların mövcudluğunu şübhə altına qoymur. Zəngəzuru da tarix elə Qarabağ kimi möhürləyib. 


 
İşğalçının işğala məruz qalana aqressor deməsi absurdun özüdür. Azərbaycanı Ermənistana aqressiv siyasət yürütməkdə günahlandıran,  cəngəllik siyasəti aparmaqda ittiham edən kəs regional kommunikasiyaların açılmasına qarşı çıxırsa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri ünsürlərini terrorçu əməllərdən çəkindirmirsə, müharibədə rəzil məğlubiyyət yaşayandan sonra da qalibə lomonka atırsa, Dədə Qorqud filmindəki Yalıncaq obrazının əksidir. 
 
Başı partlayır, qamışlıqda gizlənir, əvvəl qəhrəman Beyrəyin qılıncının altından keçir, sonra igid oğuz türkünə arxadan qılınc zərbəsi endirir. Obrazın real prototipi Paşinyandır. Qazax rayonunun kəndləri və Naxçıvanın Kərki kəndi Ermənistanın işğalı altında olduğu halda erməni parlamentində təsdiq olunan sənəddə bu ölkənin Azərbaycana qarşı ərazi iddiaları növbəti dəfə təsdiqlənib. Hökumətin başı isə həm de-yure, həm də de-fakto Azərbaycanın əzəli və əbədi ərazisi olan Qarabağı Artsax adlandırıb, bu bölgənin öz müqəddəratını təyin etmə statusuna malik olduğunu bildirib. Deməyin ki, Dəmir Yumruğun zərbəsini nə tez unutdu. Əksinə, elə Dəmir Yumruğun zərbəsinin nəticəsidir: özünü ələ ala bilmir. Günah bizdən keçdi, çox dedik, az eşitdi. 
 
Yəqin yeni format düşünmək daha doğru olar
Olan olub, keçən keçib. Kin saxlamaq siyasətin xarakteri deyil. Azərbaycanın açıq və səmimi siyasəti hər yerdən şəffaf görünür. Çox təəssüf, Ermənistanın ikili siyasəti regionun inkişafına əngəl yaradır. 16 noyabr təxribatını törədən zaman Ermənistan rəsmiləri Rusiyanın başı üzərindən NATO, Avropa İttifaqı və digər qurumlara müraciət edərək ODKB-ni aşağıladılar. Paşinyan hətta Ermənistan sərhədlərinin qorunması üçün NATO-nu dəvət etmişdi. Ardından Avropa İttifaqı ilə sövdələşməyə getdi və Brüssel görüşü təşkil olundu. Mənzərəyə baxın, rəsmi İrəvanı əslində daha biabırçı faciədən qurtaran Rusiya həm də üçtərəfli sazişə imza atdığı halda rəsmi Moskvanın qarşısında göz yaşı tökən Paşinyan indi Avropaya yalvarır. 



Proqnoz da verək. Belə təfəkkür sahibini yalnız məcbur etmək daha doğru varinatdır. Heç olmasa fakt qarşısında qoymaq. Ona dəvət göndərmək, ona haqq yolunu göstərmək vaxt itkisidir. Yəqin yeni format düşünmək daha doğru olar. 
 
Ermənistan-Azərbaycan sərhədləri ilə bağlı vahid xəritə yoxdur
 
Həqiqətən beləsinə nə ad verəsən... “Yol əhvalatı” filmini xatırlayırsız, əminəm. “Qrabitel”.  
 
Dediyinə baxın: Xəritələr çoxdur, ancaq onlar şəkilli kağızdır. Azərbaycan da eynisini demirmi? Ermənistan-Azərbaycan sərhədləri, xüsusilə sərhədin Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər istiqamətləri ilə bağlı vahid xəritə yoxdur. Onda hansı əsasla Ermənistan Azərbaycan qoşunlarının onların ərazisində olduğunu iddia edir? Azərbaycan silahlı qüvvələrinin Şərqi Zəngəzurda durduqları yer ölkəmizin suveren ərazisi hesab olunur. 
 
Azərbaycanda tam haqlı şəkildə Qərbi Zəngəzurun, Dərəlyaz və Şərqi Göyçənin və hətta İrəvanın Ermənistana verilməsinin qeyri-hüquqi xarakter daşıdığını əsaslandıra bilər.
Ona görə ki, Paşinyan Ermənistan ərazisində olan Azərbaycan anklavları məsələsinə toxunuraq söyləyib ki,  (Qazax istiqaməti) bu barədə danışmaq əssasızdır. 
 
Tarixi xatırlatma: Çox da uzaq olmayan tarixdən bizə məlumdur ki, böyük miqyasda Azərbaycan əraziləri 1929-cu ildə levon Mirzəyan Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri olan zaman Ermənistana verilib.
 
Ceyhun Musaoğlu
 
 
  



Oxşar xəbərlər