Federasiyanın yeni Pezidenti Rövnəq Abdullayevin işçisidir - Yüksək vəzifəsi var


  • 13:46 / 26 11 2021 |
  • Bölmə: Gündəm / İdman


Bu gün Azərbaycan Şahmat Federasiyasında keçirilən növbəti hesabat-seçki konfransında  keçirilib. Səsvermə nəticəsində uzun illər AŞF-də vitse-prezident kimi çalışan, həm də Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti olan Mahir Məmmədov 4 il müddətinə federasiyanın prezidenti seçilib. O, bu postda 2007-ci ildən çalışan Elman Rüstəmovu əvəzləyib.

"Rupor" Mahir Məmmədovun şəxsiyyəti barədə məlumatı təqdim edir: 

- Faiq Həsənov federasiyanın 1-ci vitse-prezidenti, Seymur Talıbov isə vitse-prezident kimi işini davam etdirəcək. AŞF-nin prezident və vitse-prezidenti həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqlənib. Eyni zamanda Sərxan Həşimov və beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov İcraiyyə Komitəsinə üzv seçilib.

Tədbirdə çıxış edən AŞF-nin prezidenti Mahir Məmmədov qarşıda idmançılarımızı bir sıra nüfuzlu yarışların gözlədiyini bildirib. O, gələcəkdə daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini vurğulayıb. Federasiya prezidenti iclasda qaldırılan məsələlərin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını qeyd edib.

Sloveniyada komandalar arasında Avropa Çempionatında bürünc medal qazanan qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvləri eləcə də kişilərdən ibarət Azərbaycan yığmasının üzvü Nicat Abasova pul mükafatları təqdim edilib, onlara gələcək yarışlarda uğurlar arzulanıb.

Məmmədov Mahir Ələsgər oğlu 20.08.1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-1984-cü illərdə ali təhsilini Azərbaycan Mühəndis İnşaat İnstitutunun “Sənaye və mülki tikinti” fakültəsində inşaat mühəndisi ixtisasında almışdır. 1991-1993-cü illərdə Azərbaycan Hidravlik Mühəndislik və Meliorasiya Elmi Tədqiqat İnstitutunda yığma dəmir-beton qurğuları istehsalının kimyəvi işlənməsi işi üzrə aspirantura dərəcəsinə yiyələnmişdir.
 
1984-cü il avqust-oktyabr aylarında “ƏZİZBƏYOVNEFT” Neft-qaz çıxartma idarəsində 5-ci dərəcəli montajçı, 1986 – 1991-ci illərdə “ВНИИ Железобетон” Zavodu - Dəmir-beton qurğuları istehsalının kimyəvi işlənməsi laboratoriyasında mühəndis – baş elmi işçi, 1991 – 1992-ci illərdə “ARTMA” Istehsalat Şirkətində baş mühəndis, 1992-ci ilin aprel –sentyabr aylarında “STROYPROGRESS” Istehsalat Şirkətində baş mütəxəssis, 1992– 1995-ci illərdə “SANA” Kiçik Müəssisəsinin İstehsalat üzrə direktor müavini, 1995 – 1996-cı illərdə “GRUZNEFTEPRODUCT” Gürcüstan Dövlət Şirkətinin Azərbaycan Nümayəndəliyinin Baş direktoru, 1996 – 2002-ci illərdə “Anglo Oil Corporation” LTD-nin Azərbaycan Nümayəndəliyinin Baş direktoru, 2002 – 2006-cı illərdə “M Building” MMC-nin Direktoru kimi çalışmışdır. 2006-cı ilin avqust ayından “SOCAR Energy Georgia” Şirkətinin Baş direktoru, noyabr ayından isə ARDNŞ-nin Gürcüstan Nümayəndəliyinin Direktoru kimi çalışmaqdadır. 




Oxşar xəbərlər