Mədət Quliyev qalib idmançılara var-dövlət vəd etdi - Mükafat siyahısı


  • 10:22 / 08 12 2021 |
  • Bölmə: Gündəm


Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev idmançılara mükafatların verilməsi qaydalarında dəyişiklik edib. Yeni qərar velosipedçilərin məşq etdiyi zalların girişindəki lövhələrə elan kimi yerləşdirilib. 

Məlumatda bildirilr: 

- Olimpiya, dünya və Avropa çempionu olan idmançıya “Mercedes-Benz A-Class” və ya "BMW" 7-ci seriya avtomobil, Bakı şəhərində 5 otaqlı mənzil, 100 min manat mükafat, ayda 3 min manat olmaqla illik 36 min manatlıq maddi yardım veriləcək;

- Gümüş medal qazanan idmançı “Mersedes E-Class” və ya "BMW "5-ci seriya avtomobil, Bakı şəhərində 4 otaqlı mənzil, 70 min manat mükafat və ayda 2 min olmaqla 24 min manatlıq maddi yardıma layiq göürüləcək.  

- 3-cü yerin sahibi “Mersedes C-Class” və ya "BMW" 3-cü seriya avtomobilə, Bakıda 3 otaqlı mənzilə, 50 min manatlıq mükafata və ayda min manat olmaqla illik 12 min manat maddi yardım alacaq. 

Banuçiçək






Oxşar xəbərlər