Fərid Mansurov nazirlikdəki vəzifəsindən çıxarıldı


  • 12:26 / 08 12 2021 |
  • Bölmə: Gündəm / İdman


Gənclər və idman nazirinin əmri ilə Fərid Mansurov nazirliyin İdman şöbəsinin müdiri vəzifəsindən azad edilib.

"Rupor" xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Qabil Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, nazirin digər əmri ilə olimpiya və ikiqat dünya çempionu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru təyin edilib.

Qeyd edək ki, Fərid Mansurov 2016-cı ildə şöbə müdiri təyin olunmuşdu.




Oxşar xəbərlər