"Şəhid olmazdan bir gün qabaq zəng vurub dedi ki..." - Video


  • 21:58 / 27 07 2020 |
  • Bölmə: Gündəm / Video


“Deyirdi, ay ana, sən görəcəksən, mənim adım həmişə uca olacaq. Mən Mübariz kimi olacağam, onun yolu ilə gedəcəyəm”.

"Rupor" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu iyulun 16-da Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan 24 yaşlı Nazim İsmayılovun anası Sevda İsmayılova AzTV-yə müsahibəsində deyib.

Nazimin atası Əfqan İsmayılovun sözlərinə görə, oğlu ordu sıralarına könüllü olaraq getmişdi:

“Şəhid olmazdan bir gün qabaq mənə zəng vurub dedi ki, nigaran qalmayın”.

Qeyd edək ki, şəhidin qardaşı İsmayıl İsmayılzadə də hazırda hərbi xidmətdədir.





Oxşar xəbərlər