Polad Həşimovun anasını Kərim Vəliyevə qarşı yönləndirmək əbləhlikdir - VİDEO


  • 01:11 / 02 01 2022 |
  • Bölmə: Gündəm / Sosial / Hadisə


Müqəddəs şəhidimiz general mayor Polad Həşimovun anası Səmayə Həşimovanın təbii olan kövrək hisslərindən sui-istifadə edərək yönləndiriici suallarla onun fikirlərini tirajlamaq, bir, şantajdır, iki, həqarətdir, üç, şəhid adına hörmətsizlikdir, dörd jurnalistikaya ləkədir, beş, insanlıqdan kənardır, altı ayıbdır və tərbiyəsizlikdir. Ən əsası, Polad Həşimovn şəhid olmadığı, qətlə yetirildiyi qənaətini formalaşdırmağa cəhddir - dövlət əleyhinə çox təhlükəli mövqedir. 

Video yayılıb: şəhid generalın anası Polad Həşimovun ölümündə müdafiə nazirinin birinci müavini Kərim Vəliyevi günahkar hesab edir. Elə birinci sözdən dinləyicinin ilk reaksiyası belə olur: Ay şəhid anasını danışdıran adam, utanmırsan? Axı Kərim Vəliyev generalın şəhid olması xəbərini canlı yayımda ictimaiyyətə çatdıranda hadisənin təsirindən o dərəcədə kövrəlmişdi ki, səsi əsirdi, nitqi titrəyirdi. Ciddi, əsl media general polkovnikin yaşadığı bu halı xüsusi qabartmışdı. 

Qarşı tərəfin heç bir əks mövqeyi olmadan şəhid generalın anasının hisslərindən abdalcasına yararlanmaq "Media haqqında" yeni qanun layihəsində əksini tapan xüsusi xarakterli əsas şərt və tələblərin nə qədər doğru olduğunu bir daha sübut edir.  Jurnalist şəhid anasının emosional, heç bir fakta  əsaslanmayan, yanğılı ürəyinin, alovlu beyninin fikir məhsulunu həqiqət kimi yaymaz. 

Həqiqət budur: Kərim Vəliyev ağır xəbəri ictimaiyyətə çatdıranda son nidası belə olur: "Əmin edirəm ki, şəhidlərin və yaralıların qanı yerdə qalmayacaq".   Nəticə 44 gün içərisində baş verdi. Polad Həşimov  kimi generallarımız və bütövlükdə hərbçilərimiz  Azərbaycan bayrağını işğaldan azad etdikləri hər yerin  zirvəsinə sancdılar. 

Qarabağ Azərbaycandırsa, şəhidlər də Vətəndir. 


Qeyd: Polad Həşimovun anasının ittihamlarındakı faktsızlıq və uzlaşmasızlıq  nə qədər açıq görünsə də, biz bu açıqlamanı  yox, onu  yalan , böhtan və  şantaj deyilmiş kimi yayanı qınayırıq. Doğrunu doğru yazacaqsan, əvvəl yazmaq istədiyinin  nə qədər doğru  olduğunu  tam öyrənəcəksən, sonra meydana atılıb, şəhid anası kimi müqəddəs ada sahib insanı danışdırmaq hüququ qazanacaqsan.

Ceyhun Musaoğlu










Oxşar xəbərlər