Almaniyada müsəlman qəbirləri yenə dağıdıldı - Fotolar


  • 11:40 / 02 01 2022 |
  • Bölmə: Gündəm / Dünya / Hadisə


Almaniyanın İzerlon şəhərində naməlum şəxslər qəbiristanlığa hücum edib. 

"Rupor" "Haber Global"a istinadən xəbər verir ki, xain hücumda müsəlmanlara məxsus 32 məzar dağıdılıb. Hadisə yeni ilin ilk saatlarında baş verib. Yerli sakinlər dağılmış məzarları bərpa etmək üçün qəbiristanlığa axışıblar.

İzerlohn Mərkəzi Məscidinin sədr müavini Aytaç Kuruağaç hücuma münasibət bildirib: "Müsəlman məqbərələrindən 32-ni sındırıblar, söküblər, dağıdıblar. Ümid edirik ki, bu mənfur hücumu həyata keçirən irqçilər ən qısa zamanda tutularaq ədalət qarşısında cavab verəcəklər".

Vəhşiliyi törədənlərin kimliyi hələ ki, bilinmir. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Ötən il də yeni ilin ilk saatlarında eyni qəbiristanlıq irqçilərin hücumuna məruz qalmış, müsəlmanlara məxsus 7 məzar dağıdılmışdı.

Türkiyənin Xarici İşlər Nazirliyi Almaniyada müsəlman qəbiristanlıqlarına edilən hücumla bağlı açıqlama yayıb. Açıqlamada deyilir: "Bu hadisə xəstə anti-İslam zehniyyətinin yeni göstəricisidir”.






Oxşar xəbərlər