Elmar Məmmədyarovun atası dəfn edildi - Yeniləndi - Fotolar


  • 22:00 / 02 01 2022 |
  • Bölmə: Gündəm / Sosial / Hadisə


Görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, Neft-Kimya Prosesləri İnstitutunun Sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri, akademik Məhərrəm Məmmədyarov II Fəxri xiyabanda dəfn edilib.

“Rupor" Qafqazinfo”ya istinadən xəbər verir ki, vida mərasimində AMEA Rəyasət Heyətinin üzvləri, çalışdığı Neft-Kimya Prosesləri İnstitutunun kollektivi, Akademiyanın bir sıra elmi müəssisə və təşkilatlarının rəhbərləri, elmi ictimaiyyətin nümayəndələri, eləcə də mərhum alimin ailə üzvləri iştirak ediblər.

Alimin məzarı önünə Xarici İşlər Nazirliyinin rəhbərliyi və AMEA Rəyasət Heyəti və Neft-Kimya Prosesləri İnstitutu adından əklillər düzülüb.

Xatırladaq ki, akademik Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarovun atası idi.

***

AMEA Neft-Kimya Prosesləri İnstitutunun Sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri, akademik Məhərrəm Məmmədyarov 98 yaşında vəfat edib.

Rupor" xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.

Qeyd edək ki, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli alim 1970-ci ildə “Neft-kimyası” ixtisası üzrə kimya elmləri doktoru elmi dərəcəsini, 1971-ci ildə isə professor elmi adını alıb. 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.

Görkəmli alim Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarovun atası idi.

Xatırladaq ki, akademik Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarovun atası idi.


















Oxşar xəbərlər