İki giziri və bir zabiti öldürən çavuş tutuldu


  • 09:15 / 03 01 2022 |
  • Bölmə: Gündəm / Hadisə / Bölgə


Yanvarın 2-i saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu xidməti silahından atəş açmaqla qətlə yetirən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Əvəzli Elxan Məhəmməd oğlu yanvarın 3-nə keçən gecə 01:00 radələrində tutulub. 

"Rupor"a daxil olan məlumata görə, hərbçi yoldaşlarının qətlində şübhəli bilinən Elxan Əvəzlinin hansı şəraitdə tutulduğu barədə dəqiq xəbər verilmir. 

DSX daxilində iki fərqli xəbər yayılıb. Birinci xəbərə görə, kiçik çavuş ərazidən bir kilometr kənardakı meşəlikdə gizləndiyi yerdə tutulub, ikinci xəbərə görə, o, hadisədən 5-6 saat sonra geriyə dönərək təslim olub. 

Xatıraladaq ki, DSX dünən axşam saatlarında hadisə ilə bağlı rəsmi məlumat yaymışdı (https://rupor.az/gundem/35510-srhdimiz-iki-giziri-v-bir-zabiti-ldrb-qad.html?lang=az) və kiçik çavuş Elxan Əvəzlinin silahını ataraq hadisə yerindən qaçdığı, həmin vaxtdan axtarışlara başlandığı, Baş Prokurorluğun əməkdaşları ilə birgə müvafiq tədbirlər həyata keçirildiyi bildirilmişdir.  

Elşən 





Oxşar xəbərlər