Hərbçilərin qar uçqunu altında qalması xəbəri yalan çıxdı - Rəsmi


  • 20:15 / 05 01 2022 |
  • Bölmə: Gündəm / Hadisə


Müdafiə Nazirliyi sosial şəbəkədə yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən "Rupor"a verilən məlumata görə, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun guya qar uçqunu altında qalması nəticəsində xəsarət alması barədə məlumatlar yayılıb.

"Bildiririk ki, xəbər yalandır və həqiqəti əks etdirmir. KİV nümayəndələrinə bir daha müraciət edərək rəsmi təsdiqini tapmayan məlumatları yaymamağı tövsiyə edirik", - Nazirlik qeyd edib.




Oxşar xəbərlər