Milli komandamızda yeni baş məşqçi - Rəsmi


  • 18:15 / 30 07 2020 |
  • Bölmə: Gündəm / İdman


Canni De Byazi Azərbaycan milli komandasının baş məşqçisi təyin edilib.

"Rupor" xəbər verir ki, bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı AFFA ilə Canni De Byazi arasında aparılan danışıqlar uğurla nəticələnib və bu gün müqavilə imzalanıb

Müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.

Canni de Byazi – italiyalı mütəxəssis baş məşqçi kimi ilk dəfə ölkəsində “Bassano” klubunun 19 yaşlılardan ibarət komandasını çalışdırıb. Daha sonra “Viçentsa”, “Karpi”, “Kosensa”, SPAL, “Modena”, “Breşiya”, “Torino” kimi klubları çalışdıran 63 yaşlı mütəxəssisin son iş yeri İspaniya “Alaves”i olub. Byazi, 2011-2017-ci illər aralığında Albaniya yığmasında baş məşqçilik edib. Məhz onun rəhbərlik etdiyi Albaniya millisi tarixində ilk dəfə Avropa çempionatında iştirak edib. Belə ki, Byazinin rəhbərlik etdiyi komanda AÇ-2016-nın seçmə mərhələsində 14 xal toplayaraq, əsas mərhələyə vəsiqə qazanıb. Albaniya yığması 2015-ci ildə FİFA reytinqində 22-ci sırada yer alıb. Byazi baş məşqçilik karyerasında SPAL və “Modena” ilə C Seriyasında çempionluq yaşayıb. O, hazırda işsizdir. İtalyan çalışdırıcının adı İran yığmasıyla da hallanır.


Oxşar xəbərlər