Azərbaycan cəmiyyətinin Qazaxıstanın işğalından çıxaracağı nəticə - İZAH


  • 20:21 / 07 01 2022 |
  • Bölmə: Gündəm


Tarix inqilabların bir xalqı xoşbəxtliyə ucaltmadığına, əksinə, bədbəxtliyə düçar etdiyinə daha çox şahidi olub. Əksər inqilablarınsa süni yaradıldığı, çox az hallarda təbii baş verdiyi, onu da məkrli siyasətin min hiyləylə cilovlayıb özünün ziyanlı marqlarına xidmətə yönəltdiyi sübuta ehtiyacı olmayan aksiomdur. Siyasi kataklizmlərdə xalq ağır zədə alır. Təkamül inkişafın yeganə açarıdır. Qazax xalqı əlindəki bu açarı itirdi. Artıq açar Rusiyadadır, heç bir qanuna və məntiqə sığmadan Kollektiv Təhlüksəzilik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində sülhməramlı adlanan ordu, məhz Kremlin qurduğu oyunun nəticəsində Qazaxıstana yeridilib. 



Qazaxıstan KTMT-nin üzvü kimi tərəfdaşlarına etdiyi müraciətdə iğtişaşları təcavüz aktı kimi dəyərləndirərək  “terror təhlükəsinin aradan qaldırılmasında” yardım istəyib. 
Təşkilata sədrlik edən Nikol Paşinyanın əliylə xüsusi məkrli plan əsasında KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndinə zidd olaraq Qazaxıstana qoşun göndəmək barədə qərar qəbul olunub. Belə əsaslandırılıb ki, güya Kasım-Jomart Tokayev müraciətində ölkəsinin milli təhlükəsizliyinə suverenliyinə, kənar müdaxilə edildiyini bildirib. Halbuki Tokayev xalqa müraciətində ixtişaşların quldurluq, xuliqanlıqlıq edən yüksək mütəşəkkil ünsürlər, maddi motivasiyalı sui-qəsdçilər tərəfindən təşkil olunduğunu vurğulayıb. 

Bəs xarici təcüvüz haran çıxdı? Qazaxıstana hansı qonşu ölkə, yaxud kənar dövlət hücum etdi ki, KTMT-yə qoşulan ölkələr bu hücumun qarşısın almağa qalxıdılar? Ortada bu sualın cavabı olası bir dənə də fakt yoxdur.  Müqavilədə göstərilib: “Əgər iştirakçı dövlətlərdən biri təcavüzə (təhlükəsizlik, sabitlik, ərazi bütövlüyü və suverenliyi təhdid edən silahlı hücum) məruz qalarsa, bu, iştirakçı dövlətlər tərəfindən müqavilənin iştirakçısı olan bütün dövlətlərə qarşı təcavüz (təhlükəsizlik, sabitlik, ərazi bütövlüyü və suverenliyi təhdid edən silahlı hücum) kimi qiymətləndiriləcək”.



Qazaxıstanda siyasi hakimiyyət böhranı yaranıb. Klanlar arasında uzun illərdir mövcud olan daxili qarşıdurma açıq müstəviyə keçib, bununla paralel xalqın sosial rifahına qarşı da yanlış addımlar atılıb, indiki Prezident lider kimi özünü göstərə bilməyib, ölkə xaosa sürüklənib. KTMT-nin müstəqil ölkənin daxili işlərinə kobud və bağışlanmaz müdaxiləsi Qazaxıstan dövlətini çökdürmək səviyyəsinə çatdırıb. Əslində yadelli işğal indi baş verib. KTMT-nin üzvü olan ölkələr Qazaxıstanı zəbt etdilər.  
 
Yanvarın 5-də Tokayev xalqa müraciət ünvanlayaraq ölkədə siyasi böhranın ölduğunu bildirir, deyir ki, Qazaxıstanın siyasi transformasiyasına dair yeni təkliflərlə çıxış edəcək, ardıcıl islahatlar həyata keçirəcək. Necə? Hansı şəraitdə? Xalqın yaxası artıq rəsmən sülhməramlı çətiri altnda ölkəyə girən təcavüzkarların əlindədirsə, müstəqil qərarların verilməsinə imkan tapa bilməyəcəksiz, cənab Tokayev.
 


Yeganə çıxış yolu Qazaxıstan xalqını təcavüzkara qarşı qaldırmaqdır. Daxildə yaşanan qarşıdurmalara anındaca son qoyulsa, media dövlətin məhv olmaq təhlükəsi yaşadığını daha təsirli formada ictimaiyyətə çatdırsa, indiki Prezidet lider kimi xalqın önündə KTMT qoşunlarına qarşı siyasi savaş elan etsə, Qazaxıstanı bəladan qurtarmaq mümkündür.   

1990-cı ildə Azərbaycanda da eyni ssenari yaşandı. SSRİ-nin rəhbəri Qorbaçov dinc azərbaycanlıları sovetə qarşı dağıdıcı, təhlükəli toplum kimi qələmə verərək, ölkəyə qoşun yeritdi. Nəticədə 20 yanvar 70 il sonra Azərbaycan müstəqilliyinin bərpasının, sovet ittifaqının süqutunun başlanğıc tarixi oldu. 

Çox güman məntiqi ardıcıllıq davam edəcək. Rusiya mediasının Qazaxıstanı bərbad ölkə kimi təqdim etməsi, bu illərdə heç bir sahadə uğur qazanmadığı iftirasını tirajlaması,  əksinə, qazax xalqını daha inamlı olmağa yönləndirəcək. 



Vəziyyət o həddə çatıb ki, Putin iqtidarının təbliğat maşınının əsas siması, 5 yanvar günü axşam öz “Teleqram” kanalında Qazaxıstan hakimiyyətinin qarşısına qoyulan aşağıdakı şərtləri açıqlayıb. 

1. İşğal edilmiş Krımı Rusiyanın ərazisi kimi tanımaq.
2. Kiril əlifbasına qayıtmaq.
3. Rus dilini ikinci dövlət dili etmək.
4. Rus məktəblərini “rahat buraxmaq”.
5. Ölkədə “Rusiya əleyhdarı olan qeyri-kommersiya təşkilatlarını” çökdürmək.
6. Millətçi qüvvələrlə əməkdaşlıq etmədən Rusiyaya qarşı qardaşdaxili siyasət yürütmək.


Konkret qənaət belədir ki, jurnalstlikdən daha çox ideoloqluq edən erməni əsilli xanım Qazaxıstanın Əfqanıstana, Suriyaya, Liviyaya çevrilməsinin ssenarisini yayıb. Bu ssenarinin tam həyata keçməsinə imkan verməyən əsas qüvvə qazax xalqıdır. Xalqın məhvinə çalışanların dəyirmanına su tökən jirnovskilərə, milonovlara, zatulinlərə, simonyanlara veriləcək adekvat cavab bütün daxili qüvvələrin birləşərək sona qədər mübarizə aparmasıdır. İlahi ədalət heç vaxt uduzumur, gec də olsa qalibiyyət bayrağını zirvədən sanca bilir. 



Qazaxıstan dövlətinin dayaqlarını dağıdan Rusiyanın büqələmun siyasətçiləri Azərbaycanın qalib varlığını həzm edə bilmirdi.  Min sifətə düşdüklərinə görə barələrində simasız obrazı yaranan Jirnovski, Milonov, Zatulin kimilərin cavabını Azərbaycan dövləti xalqına söykənərək 44 gün ərzində qazandığı əbədi qalibiyyəti ilə cavablandırdı. Hazırda isə Azərbaycan Prezidenti İlham Əliyev regionda sülhə nail olmaq istiqamətində qəti addımlar atır, müharibənin bitdiyini, qonşuluq şəraitində yaşamağın üstünlüklərini açıq bəyan edir, belə bir mühitin alternativi olmadığını sübuta yetirir.  

Əlbəttə, regionda sabitlik istəməyən qüvvələr özülərini yaxşı tanıyırlar, bilirlər ki, sülh şəraitində şeytani əməllərini gerçəkləşdirə bilməyəcəklər. Ona görə də münaqişlərin qızışmasına çalışırlar. Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovun sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfərinin də məqsədi budur. Prezident İlham Əliyev “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub göndərərək, onun rəhbərlik etdiyi partiya üzvünün Azərbaycan ərazilərinə qeyri-qanuni səfərinə qəti etirazını bildirib. Birinci şəxs səviyyəsində göstərilən reaksiya onu deməyə əsas verir ki, Azərbaycan milli və dövlət maraqlarına zərrə də xələl gəlməsinə imkan verməyəcək.  Milonov ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı dəfələrlə hörmətsizlik göstərib, elə dəfələrlə də sərt cavabını alıb.



Qazaxstanın rəzil duruma düşməsinin təməli cəmiyyətin parçalanması ilə qoyuldu. “Parçala, hökm sür” siyasəti Çar Rusiyasından indki Rusiya Ferderasiyasına ötürülən genetik koddur. Utandırıcı odur ki, radikalizmi həyat tərzi seçən Azərbaycandakı müxaliflər açıqlamaları, sosial şəbəkələrdə yazdıqları, realda hərəkətləri ilə Qazaxıstandakı vəziyyətin Azərbaycanda da yaşanmasının tərəfdarı obrazında görünürlər. Dövləti, vətəni, ölkənin suverenliyini hakimiyyətə gəlmək hərisliyinə qurban vermək insanlıq deyil.
 
Ceyhun Musaoğlu 
 



Oxşar xəbərlər