Mey Mask Azərbaycanla bağlı paylaşım etdi - Foto


  • 21:51 / 09 01 2022 |
  • Bölmə: Gündəm / Dünya


İlon Maskın anası, yazıçı, beynəlxalq bestseller müəllifi Mey Mask özünün İnstaqram hesabında Azərbaycanla bağlı paylaşım edib. 

“Rupor” xəbər verir ki, o, Azərbaycanda çap olunan kitabının həyəcanını izləyiciləri ilə bölüşüb.

“Kitabımın Azərbaycanda çap olunmasına görə çox həyəcanlıyam”, - o, duyğularını bölüşüb.

M.Mask nəşr olunan kitabının fotolarını da paylaşıb.








Oxşar xəbərlər