Məmur laqeydliyinin qaranlığına düşən küçə oğrular məkanına çevrilib – Şikayət+Foto+Video


  • 12:53 / 10 01 2022 |
  • Bölmə: Gündəm / Bölgə / Şikayət


Gəncə şəhəri Kəpəz rayonu Azərbaycan küçəsi 97a ünvanında yaşayan sakinlər "Rupor"un redaksiyasına şikayət ünvanlayıblar. 

Şikayətdə qeyd olunur ki, sözügedən küçə işıqlandırılmadığı, bu səbəbdən qaranlığa qərq olunduğu üçün ərazidə yaşayan sakinlər bir çox mənalarda əziyyət çəkirlər. 

Sakinlərdən Kamil Qasımov, Mövsün Hüseynov, Marat Əsgərov "Rupor"un bölgə müxbiri ilə söhbətlərində bildiriblər, küçənin işıqlandırılmaması xüsusən oğurluq hallarının baş vermsinə səbəb olub. 

"Axşam düşən kimi küçə zülmətə dönür. Nə işıq var, nə videokameralar. Bir neçə qonşumun evindən dəfələrlə oğurluq olub. Hətta oğruların ayaq səslərindən onların qaçdıqlarını eşitsək də, qaranlıqda itiblər" - bu fikirləri söyələyən Marat Əsgərov onu da vurğulayb ki, Gəncə Şəhər İcra Hakimiyyəti, Kəpəz Rayon İcra Hakimiyyətinə, Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Küçə işıqlandırma şöbəsinə və digər cavabdeh şəxslərə dəfələrlə müraciət etmələrinə baxmayaraq, problem həll olunmur. 

Mövsün Hüseynov isə qeyd edib ki, yaşadıqları küçə ilə qonşu olan digər küçələr işıqlandırılıb. Onun sözlərinə görə, bu işlər Avropa qurumlarının dəstəyi ilə həyata keçirilən layihələr hesabına görülüb. Hələ də anlaya bilmirlər ki, niyə Gəncə şəhəri Kəpəz rayonu Azərbaycan küçəsi 97a ünvanına çatanda proses dayanıb. Bu suala doğru, dəqiq cavab verən şəxsi də tapmaq mümkün olmur. 

Eyni problemin məngənəsində sıxılan digər sakinlərdən bri Kamil Qasımov qaranlıq ucbatından mənzilindən oğurluq hadisəsinin baş verdiyini söylədi. Bildirdi ki, hər an aşa bilən sınıq-salxaq, köhnə dirəklərin başlarına düşəcəyi qorxusundan insanlar küçəyə də çıxa bilmirlər. Bununla yanaşı digər infrastruktur xidmətlər də bərbad günündədir: "Mənim evimdən bir neçə dəfə oğurluq olub. Mənzillərə çəkilən elektrik naqilləri qırıq-qırıqdır, işıq dirəkləri çürüyüb, hər an qırılıb camaatın başına düşə bilər, bunula da gecə vaxtı insanlar ciddi fəsadlar yaşayarlar. Yeriyəndə ayağımızın altını görmürük. Axı nə vaxta qədər belə olacaq?!". 
 
Artıq vəziyyət dözülməz həddə çatıb, bu üzdən Kamil Qasımov daxili işlər naziri, general polkovnik Vilayət Eyvazovın adına DİN-in elektron xidmətinə şikayət məktubu göndərib. Bu gün ona məkubun qeydə alınması ilə bağlı sms gəlib. 

Xatırladaq ki, bir ay öncə yerli internet kanallarından biri mövzuyla bağlı reportaj da hazırlayıb. Sakinlər dərdlərini açıq şəkildə bəyan etsələr də, hələ ki, əncam çəkən yoxdur. 

Şikayətçilər əməkdaşımıza onu da bildiriblər ki, bu kimi problemlərin həllinə cavabdeh şəxs Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Küçə işıqlandırma şöbəsinin rəhbər şəxslərindən biri Hidayət müəllimdir.

Əməkdaşımız Hidayət müəllimlə əlaqə saxlayb. O, hazırda həmin vəzifədə işləmədiyini, sıravi işçi vəzifəsi daşıdığını, həmin küçədə yaşadığına görə vəziyyətdən xəbərdar olduğunu söyləyib. Onu da qeyd edib ki, Azərbaycan küçəsi 97a ünvanında bəzi yerlərdə işıq yanmır, o da qaldırıcı kran maşınlarının çatışmazlığı ilə bağlıdır. Keçmiş müdir onun səlahiyyətinə daxil olmadığı üçün əlavə suallara cavab vermək istəməyib.

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə edilən zəngə cavab verən şəxs də vəziyyətin hansı səbəbdən acınacaqlı hal aldığına aydınlıq gətirməyib. Özünü eləcə mütəxəssis kimi təqdim edən şəxs məsləhət  verməklə kifayətlənib: "Siz Gəncə Şəhər İcra Hakimiyyətinə yazılı müraciət edin, onlar bu müraciəti Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə yönləndirəcəklər, sonra biz yerində araşdırma aparıb, sizə cavab verəcəyik”.

Önəmli məsləhət verən məmura ünvanladığımz “bəs bu müddətdə həmin küçədə yeni oğurluq halları baş versə, ən azı mənəvi məsuliyyət kimin üzərində qalacaq” sualına təkarar cavab aldıq: “İcra hakimiyyətinə yazılı müraciət göndərin”. 

Göndərdik. İcra Hakimiyətindən cavab gələn kimi onu da işıqlandıracağıq. Hələlik Kəpəz rayonu Azərbaycan küçəsi 97a ünvanının sakinləri
qaranlıqda gözləməkdə olsunlar. 

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə edilən zəngə cavab verən şəxs də vəziyyətin hansı səbəbdən acınacaqlı hal aldığına aydınlıq gətirməyib. Özünü eləcə mütəxəssis kimi təqdim edən şəxs məsləhət  verməklə kifayətlənib: "Siz Gəncə Şəhər İcra Hakimiyyətinə yazılı müraciət edin, onlar bu müraciəti Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə yönləndirəcəklər, sonra biz yerində araşdırma aparıb, sizə cavab verəcəyik”.

Ləman Ceyhunqzı 


 



Oxşar xəbərlər