
ABŞ-da ermənilər Azərbaycana qarşı təxribat törədiblər.
“Rupor” xəbər verir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev bildirib.
Baş konsul açıqlamasında deyib: “Ötən gecə erməni radikalları erməni terrorçu Qurgen Yanikyanın fotosunu konsulluğun binası qarşısından asıblar. Yanikyan 1973-cü ildə Kaliforniyada türk diplomatlarını qətlə yetirib. Los-Ancelesdə erməni terrorizminin tarixini nəzərə alaraq, Los-Ancelesin Federal Təhqiqat Bürosunu və Los-Anceles polisini bu məsələni araşdırmağa çağırırıq”.

