Cinayətdə ittiham olunan general məhkəmədə keçmiş nazir müavinini ittiham etdi


  • 13:11 / 12 01 2022 |
  • Bölmə: Gündəm


Zərərçəkən sahibakralar ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesində ilginc detallar açqlayıblar. 

"Rupor" Musavat.com-a istinadən xəbər verir ki, yanvarın 11-də Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə başlanan və jurnalistlərin iştirakına icazə verilməyən açıq məhkəmə prosesində zərəçəkən Sərdar İsmayılov ifadəsində bunları deyib: 

2013-cü ilin martında şəriki Orxan Abdullayev ilə Gürcüstanda satışını təşkil etmək üçün Çindən pirotexniki vasitələr və yapışqan lentlər sifariş verdik. Sifariş edilən mallar 2013-cü ilin iyun-iyul aylarında Tbilisi şəhərindəki "Lilo" bazarının bazasına gəlsə də, orada malları sata bilmədik. Malımız 4 aya yaxın orada ləngidi. Bundan sonra qərara gəldik ki, malı Azərbaycana gətirək. 2013-cü ilin avqustun sonlarında Şəki sakini Elman Məsimovla Bakı şəhərində görüşdüm. Söhbət zamanı Gürcüstanda pirotexniki məmulatların və yapışqan lentlərin olduğunu, həmin malları Azərbaycana gətirmək lazım olduğunu bildirdim. Elman da bu barədə maraqlanacağını, mənə bildirəcəyini söylədi. Bundan bir müddət keçdi, həmin ilin sentyabrın 3-də telefonla danışarkən Elman dedi ki, Gürcüstandan malları gətirmək üçün adam tapıb. Sentyabrın 4-də Orxanla birlikdə Balakən şəhərinə getdik. Orada Elmanla görüşdük. Elman da bizi Əfsəl və Məcid adlı şəxslərin yanına apardı. Həmin adamlarla birlikdə Tbilisi şəhərinə getdik. Malların yerini onlara göstərdik. Malları Məcid Anqubazova təhvil verdik. Sonra biz Orxanla Balakənə qayıtdıq".

Zərərçəkmiş daha sonra vurğulayıb ki, bir neçə gün sonra Orxanla birlikdə Bakı şəhərində “Eqzotika” çay evində çay içərkən saxlanıblar: 

"Özlərini MTN əməkdaşı kimi təqdim edən şəxslər bizi saxladılar, MTN-in inzibati binasına apardılar. Orada təxminən 10 saat saxlanıldıqdan sonra evə buraxıldıq. Orada bizimlə söhbət əsnasında dedilər ki, qaçaqmalçılıq etmisiz. Gürcüstandan gələn malınız tutulub. Gecəyarısı bizi evə buraxdılar. Növbəti gün yenidən MTN-ə dəvət edildim. Sonra Səbail rayon Məhkəməsinin qərarı ilə barəmdə 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi. Orada bizi müstəntiq Nadir Mustafayev dindirirdi. Həmin müstəntiq Yasin Məmmədovun müavinidir. Yasin Məmmədov məni öz kabinetinə aparıb pul söhbəti edirdi. Məndən 100 manat istəyirdi. 3 ay müddətində mənimlə pul söhbəti aparırdı. Dedim ki, mən o pulu verə bilmərəm, 1 maşınım, 1 də evim var. Gedin maşını da, evi də satın. Dedi ki, 50 min dollar ver, səni azad edək. Mən də dostum Vüqar Manafovun nömrəsini verdim. Onu Yasin Məmmədov MTN-ə çağırdı. Yasin Məmmədov otağında məni dostum Vüqar Manafovla görüşdürdü. Yasin Məmmədov bizə 5 dəqiqə vaxt verdi. Vüqara orada məni görüb kövrəlmişdi. Ona dedim ki, maşınımı da, evimi də sat, 50 min dollar düzəlt, gətir Yasin Məmmədova ver. Yasin Məmmədov 3 gün vaxt verdi. Vüqar da dedi ki, 3 günə çatdırmayacaq. Vüqar 1 həftə ərazində pulu düzəltmişdi və Yasin Məmmədova bu haqda xəbər vermişdi. O da gözləməsini tapşırmışdı, dedmişdi ki, biz xəbər edəndə gətirərsən. Həmin günlərdə məni kameradan çıxarıb tez-tələsik ekspertizaya apardılar. “Semaşko” xəstəxanasında bir qoca həkim vardı, dizimə çəkiclə 2-3 dəfə yüngül vurdu və məni yenidən MTN-ə qaytardılar. 2 gün sonra məni azad etdilər. Ondan sonra Vüqar dedi ki, dayım Vidadi Salmanovla birgə 50 min dollar pulu MTN-nin arxasında Yasin Məmmədovun göndərdiyi 2 nəfərə verdiblər. Bundan başqa Yasin Məmmədov ekspertiza xərcləri üçün əlavə 2 min manat da alıb".

Sərdar İsmayılov onu da diqqətə çatdırıb ki, heç bir xəstəliyi olmadığı halda ondan xəstə olması barədə saxta ekspert rəyi alınıb. Ekspertiza rəyində Sərdar İsmayılovun ürək xəstəliyi olub, bu səbəbdən onu 50 min dollar rüşvət müqabilində həbsdən azad ediblər.

Sərdar İsmayılova saxta ekspert rəy alınması ilə bağlı dövlət ittihamçısı təqsirləndirilən şəxs Mövlam Şıxəliyevə və Yasin Məmmədova suallar ünvanlayıb.

Mövlam Şıxəliyev dövlət ittihamçısının sualını belə cavablandırıb: “Mən bu işlərdə heç kim olmuşam. Rüstəm Usubov məsələni həll etdiyi üçün mən qarışa bilməmişəm”.

Şair Abdulla





Oxşar xəbərlər