Dudayev Rusiyanın Qafqazı necə işğal edəcəyini 30 il öncə deyib - VİDEO


  • 22:30 / 12 01 2022 |
  • Bölmə: Gündəm
 

Sosial şəbəkələrdə 1991-1996-cı illərdə Çeçenistan İçkerya Cumhuriyyətinin lideri Cövhər Dudayevin video açıqlaması yayılıb. 

"Rupor" xəbər verir ki, Dudayev açıqlamasında deyir: 

"Çeçenistan sadəcə faktordur. Sonra sırada Qafqaz, Baltik bölgəsi,  orta Asiya var. Davamlı plan belədir: Acariya, Abxaziya, Dağlıq Qarabağ, Cənubi Osetiya bölgələrinə rus ordusu yerləşdirilir və daha sonra həmin ərazilərin Rusiyaya birləşdirilməsi planlaşdırılır Əslində məqsəd qafqazlıların Qafqazsızlaşdırılmasıdır. Daha sonra sırada Kırım var. Çeçenistan müharibəsindən sonra bütün bu ordu Kırıma yerləşdiriləcəkdi. Orta Asiyada Qazağıstan, Qırğızıstan yeni Rusiyanın koloniyası olacaqdı. 1995-ci ilin sonlarında Rusiyanın planlarını belə şərjh edə bilərik". 

Vikipediya materiallarından oxuyuruq: 

4 iyun 2001-ci ildə Türkiyənin "Hürriyyət" qəzetində Qasım Cindəmirin yazısında bildirilir: "ABŞ-ın gizli təhlükəsizlik orqanı sayılan Milli Təhlükəsizlik Agentliyində (National Security Agency – NSA) vaxtilə işləmiş Wayne Madsen Cövhər Dudayevin telefonunu istifadə edirdi. Bununla da NSA onun yerini və koordinatlarını müəyyənləşdirdi və ABŞ prezidenti Bill Klintona söylədi. O da həmin ərəfədə Moskvadaydı və Boris Yeltsinin yeniden prezident seçilməsini istəyirdi. Çeçen liderin yerini və koordinatlarını Boris Yeltsinə dedi. Ruslar da Cövhər Dudayevi qətlə yetirdi. Boris Yeltsin də, Bill Klinton da yeniden seçildilər. 



Şair Abdulla 



Oxşar xəbərlər