Mədəniyyət Nazirliyinin fəaliyyət strategiyası dəyişdi – Nazir müavini yeniliyi açıqladı


  • 11:43 / 14 01 2022 |
  • Bölmə: Gündəm / Mədəniyyət və Şou


“Mədəniyyət Nazirliyinin strategiyası Azərbaycan cəmiyyətində dəyər carçısı olmaqdır. Nazirlik və nazirliyə daxil olan qurumlar Azərbaycanın tarixindən, mədəni , bədii irsindən gələn dəyərləri  yaşatsın, yaşatdırsın, o cümlədən gələcək nəsillərə ötürsün.  Bununla da azərbaycançılığın özəyi olan dəyərlərin daha dərin köklərə işləməzini təmin etsin” .

“Rupor”un mətbuat konfransında iştirak edən əməkdaşı xəbər verir ki, bu fikirləri Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi rəhbərliyinin iştirakı ilə layihələrin idarə edilməsi mövzusunda keçirilən təqdimatda nazir müavini Elnur Əliyev deyib. 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi daxilində layihələrin idarə edilməsi mövzusunda keçirilən təqdimatdamədəniyyət nazirinin müavini  Elnur Əliyev bu gün keçirdiyi brifinqə deyib. 

Nazir müavini bildirib ki, islahatlara başladıqları andan belə qərara gəliblər ki, azərbaycançılıq dəyərləri çərçivəsində görəcəkləri hər bir işə layihə idarəçiliyi səviyyəsində yanaşsınlar.

Nazir müavini bu yanaşmanın üstünlüklərini belə qeyd edib: 

“Layihə yanaşması dünyada sınaqdan çlxmış effektiv metedologiyadır. Əslində başqa metedologiya yoxdur. Üstünlüyü odur ki, hər bir layihənin konkret məqsədi var, istəsək də istəməsək də müəyyənləşdirilmiş resurs məhdudiyyətləri çərçivəsində həyata keçirilir. Belədə səmərəli və effektiv nəticə hasil olur. Layihə yanaşmasının klassik üstünlükləri ilə yanaşı, nazirlik səviyyəsində əlavə üstünlükləri də var. Belə bir fəaliyyət nazirlik çərçivəsində koordinasiyanı gücləndirir. Şöbələr bir-biri ilə institusional əlaqələr ururlar, bilik, məlumat mübadiləsi həyata keçirmiş olurlar. Layihə yanaşması kadr potensialını da gücləndirir, onlar layihə menicerləri kimi təkmilləşirlər. Bu da strategiyamızın əsas məqsədlərindən biri olan insan kapitalının formalaşmasına böyük mənada müsbət təsir göstərir.  Mədəniyyət Nazirliyi fəaliyyət strategiyası hazırlayır. Strategiyanın 5 istiqamətləri var. Layihə yanaşması bu strategiyanın təsirli səviyyədə həyata keçirilməsinə dəstəkdir, uyğunluğu təmin etmək üçün vasitədir”.

Elnur Əliyev onu da diqqətə çatdırıb ki, fəaliyyətin layihə yanaşması üzərində qurulması planı bir ildən çoxdur hazırlanır. Koorparaktiv dünyada geniş istifadə olunan layihə yanaşmasını müəyyən uyğunlaşmayla  nazirliyin idarə olunmasına tətbiq etməyə hazırlaşırlar.

Nazir müavini bildirib ki, bu gün təməli qoyulan  standartın tətbiqi ilə bundan sonrakı idarəçiliyik daha təsirli, nəticəli olacaq.

Ləman Ceyhunqızı



Oxşar xəbərlər