Sanki mübarək partlayışa hazırlıq gedirdi - Azərbaycan Diasporunun qalibiyyət sirri


  • 18:00 / 01 08 2020 |
  • Bölmə: Gündəm



Ceyhun Musaoğlu - Jurnalist Ekspert Mərkəzinin sədri 

1985-ci ildən sonra - SSRİ-nin xalqlar həbsxanası olduğunu dərk etməyə başlamışdıq. Bizim əzəli yurdlarımız barədə daha dərindən öyrənmək istəyirdik, orta məktəbin tarix kitablarında Zəngəzur barədə obyektiv heç nə öyrənmək mümkün deyildi. Uşaq idik, tarixçilərlə də əlaqəmiz yox idi, lap olsaydı belə, onlar da tarixi ya diqtə ilə yazırdılar, ya da heç yazmırdılar, eləcə tədris edirdilər. 

İnformasiya yoxluğunun girdabında vurnuxurduq. Babalarımız da, onların ataları da mənfur erməni xislətinin başımıza açdığı oyunlar barəsində çox cüzi və ümumi məlumata malik idi.

Unutdurmaq düşmənin ən vacib silahıdır. Babalarımızın atalarından eşitmədiklərini, atalarımız da bizə danışa bilməyəcəkdilər. Nəticədə 1905-ci ildə Bakını, Qubanı, Şamaxını parçalana-parçalana yaşamağa məhkum edilən Azərbaycanı qan gölünə çevirən erməniyə 1988-ci ildən başlayaraq növbəti dəfə ərazilərimizin işğalına şərait yaratdıq. 



İşğalçı məhz Tovuzda tora düşdü

Yalanın əsarətinə düşməyimizdən bir əsr keçdi. Azərbaycanlı düşüncəsinin "Tovuz çevrilməsi" dövrü başladı. Biz özümüzü və övladlarımızı bu dövrə hazırlayırdıq. Qarabağı görməyən, işğaldakı torpaqlarda doğulmayan övladlarmıza hər gün Şuşadan danışırdıq, Laçının şəkillərini göstərirdik, onların əlindən tutub, Zəngilanı virtual aləmdə qarış-qarış gəzdirirdik. Babalarımzdan bizə ötürülməyən doğru informasiyanı beyinlərə yeridirdik. 
Lələtəpədə əsası qoyulan qalibiyyət yolu Tovuzdan keçib, bizi də qoynuna alaraq, dünyanın bütün ölkələrini şəhər-şəhər, kənd-kənd, küçə-küçə dolandı. Vəhşi düşmən Azərbaycanı həmişə diaspor siyasətinin məkirli dəstəyi ilə parçalayıb. Lobbiçilik onların yeganə gücü olub. Bizim xaricdəki "yoxluğumuz"dan istifadə edib, dünyaya yalan danışıblar, gerçək terrorçu simalarını gizlədiblər. Daha keçməz. İşğalçı məhz Tovuzda tora düşdü. Cəbhədə aldıqları ağır zərbələin ardından diplomatik müstəvidə daha kəskin hücumlara məruz qaldılar. Azərbaycanın diaspor siyasəti üzərində qurulan son illərin strategiyası və hədəfə doğru taktik gedişlər dövlətin gücünə böyük güc qatdı. 



Həqiqi gücümüz dünyaya bəyan oldu 

Dövlət güclü, ölkə haqlı, Ordu əzmli, xalq vətəninə sevgi dolu. Bir axsayan yerimiz vardı: bu möhtəşəm gerçəkliyi dünyaya göstərə bilməmək. Bizi axsadan çatışmazlıq düşmənin yeganə dayağı idi. Ermənistan dövləti güclü deyil, ölkəsi haqsızdır, ordusu rəzildir, xalqısa genetik olaraq yaltaq, ikiüzlü və qorxaqdır. Azərbaycan 4:0 öndə idi. Sual: bəs niyə yekun nəticəyə nail ola bilmirdik? Cavab: düşmənin diasporu bizim zəif diasporumuz ucbatından birtərəfli infomasiya - dezinformasiya ilə beynəlxaq aləmi çaşdırmışdı. Müasir dünyada haqqın qalib gəlməsi daha çox informasiyanın gücündən asılıdır. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlının ümumi sayı erməninin ümumi sayından dəfələrlə çoxdur, lap çoxdur. Bu çoxluğun  yoxluğa dönməsinin qarşısı alındı və həqiqi gücümüz dünyaya bəyan oldu. 
 
Möcüzə yaşadıq. İki həftə ərzində 27 ölkədə 20000-dən çox soydaşımızın iştirak etdiyi 65 aksiya keçirildi. Soydaşlarımız Ermənistanın işğalçılıq siyasətinin, təxribat hallarının dayandırılması ilə bağlı BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, eləcə də dünyanın aparıcı ölkələrinin rəsmi dairələrinə onlarla müraciət ünvanladı, 26 ölkədə yaşayan azərbaycanlılar 86 bəyanatla çıxış etdilər. 20 dildə 100 məqalə və xəbər xarici mətbautda dərc olundu, sosial şəbəkələrdə həqiqətləri özündə əks etdirən 10 minlərlə informasiya paylaşıldı. Avropanı, Qərbi, Şərqi - dünyanın dörd bir bucağını “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Ermənistanın işğalçı siyasətinə son qoyulsun” şüarları bürüdü. Qəhrəman şəhidlərimizin portretləri nümayiş olundu. 




Diaspor Komitəsini məhz belə bir xarakter sahibi xilas edə bilərdi

Düşmən yalanlarının ifşasına dözə bilmədi. Cəbhədə olduğu kimi, diplomatik savaşda da təxribatlara əl atdılar. Bu hərəkətləri ilə kim olduqlarını bir daha sübuta yetirdilər. 

Azərbaycanlı soydaşlarımızın diaspor hərakatı unudlmaz tarix yazdı. Mütəşəkkil hazırlanan etiraz aksiyaları heyrət qarışıq qürur yaşadır. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsininin rəhbərliyi və strukturunun dəyişilməsindən keçən cəmi iki il müddətində 30 ilin işi görüldü. 

Belə deyim var: "Nə yaxşı yaşayıram, nə pis, mən xarakterimə uyğun yaşayıram".  Diaspor  Komitəsinn sədri Fuad Muradovu çoxdan tanıyırdıq. Fuad müəllim jurnalistlərin yüksək hörmət qoyduğu, fikirlərinə sayğı göstərdiyi deputatlardan idi. Parlamentin ən gənc deputatı statusunu daşıyan Fuad Muradov bütöv xarakterə malik olduğundan ictimaiyyətdə nufuz qazanmışdı. Diaspor Komitəsini məhz belə bir xarakter sahibi xilas edə, qısa zamanda xaricdəki azərbaycanlıların hər birinə "sən özün Vətənsən" anlamı ilə yaşamağa stimul verə, bütün soydaşlarımızı bir bayraq altında birləşdirə bilərdi. 
 
Bu yazını hazırlayarkən, aksiyalardan çəkilən videolara, fotolara yenidən baxdım. Soydaşlarımızın simasındakı sevinci, qüruru, sevgini, sıralarındakı nizamı, mütəşəkkilliyi, sistemli yanaşmanı, davranışlarındakı səbri, təmkini, fikirlərindəki ardıcıllığı, kəskinliyi, dəqiqliyi bir daha müşahidə etdikcə, Fuad müəllimə və onun rəhbərlik etdiyi kollektivə minnətdarlıq etmək istəyimdən vaz keçə bilmədim. 




50 milyonluq azərbaycanlı - əsgəri və mülki insanı bir cəbhədə birləşdi

Bir əsr gizlədilən, bir əsr yalanlarla bəzədilən informasiya iki həftənin içində çılpaqlığı ilə dünyanı silkələdi. Ordu düşməni ön cəbhədə sındırdı, Diaspor arxa cəbhədə. Əslində iki cəbhə olmur - Diaspor Komitəsi bu gerçəkliyi də təlqin etdi. 50 milyonluq azərbaycanlı - əsgəri və mülki insanı bir cəbhədə birləşdi. 

Komitə fəaliyyətini riyazi dəqiqliklə qurdu. Xarici ölkələrdə Azərbaycan evləri yaradıldı, koordinasiya şuralar fəaliyyətə başladı, Qarabağ məktəbləri, Diaspor tv açıldı, tez-tez real və onlayn konfranslar keçirildi, əvvəlki rəhbərliyin yarıtmazlığı ucbatından küskünlüyə qapılan diaspor rəhbərləri ilə Komitə sədri şəxsən özü görüşdü, elə oradaca buzlar əridi, bütövləşmə bərpa olundu. Diaspor TV xaricdəki soydaşlarımızın ruporuna çevrildi, "Vətən uzaqda deyil" verilişi onların doğma ölkələri ilə bağlılığına böyük təkan verdi. 

Sanki mübarək partlayışa hazırlıq gedirdi. Azərbaycanlıların  birləşdiricilik platforması məkanına çevrilən Diaspor TV və rəsmi internet saytı - diaspor.gov.az  dayaqları sevgi üzərində qurulan operativ, dolğun informasiya körpüsünün yaradılmasına nail oldu. Bu informasiyalar azərbaycanlıların həm bir-birinə, həm də ölkələrinə doğmalıq hisslərini yenidən alovlandırdı. 

Nəticə özünü çox gözlətmədi, öncə düşmən, sonra onun məkrli yalanına aldanmaqda olan dünya silkələndi. Azərbaycanı, azərbaycanlıları, haqqı-ədaləti tanımaq, qəbul etmək faktı ilə üz-üzə qaldılar. 



Prezidentin diaspora fəaliyyətinə verdiyi yüksək qiymət 

Dövlət siyasətinin əsas prioriteti olan diplomatiyanın təməlində dayanan diaspor hərakatı mükəmməl forma almaqdadır. 
Fuad Muradovun xarakterik keyfiyyətləri həm formaca, həm də məzmunca güclü diaspor dünyasının qurulduğunu bariz şəkildə göstərir. 
Düşmən gözlənilməz zərbələrlə qarşılaşıb. Paşinyan ölkəsinin Diasporla İş üzrə Komissarlığı Aparatındakı 10-dan çox məmurun işdən azad olunması ilə bağlı əmr imzalayıb. Bir vaxtlar qürrələndikləri erməni diasporu da ordusu kimi çökür.

Hələ yeni başlamışıq. Prezident İlham Əliyev Xarici işləri Nazirliyinə hücum diplomatiyasına keçməyi tapşırıb. Bu diplomatiyanın özəyini diaspor hərəkatı təşkil edir. Prezident yeni Təhsil naziri ilə videoformatda  keçirdiyi görüşdə dedi:

"Biz heç bir şərt qoyulmadan gəncləri xaricdə oxutdurduq. Hətta demişdim ki, onların bəziləri ölkəmizə qayıtmasalar belə, yenə də Azərbaycan torpağının övladlarıdır, hansı ölkədə yaşamağa qane olsalar da Azərbaycanla əlaqələrini kəsməyəcəklər. Bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə dəstəkdir. Biz də onları dəstəkləyirik, bütün xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır". 

Prezidentin "Dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə dəstəkdir" ifadəsi Diaspor Komitəsinin fəaliyyətinə verilən qiymətin,  "Bütün xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır" ifadəsi soydaşlarımıza ehtiramın bariz nümunəsidir. 




Şüuraltına oturan müqəddəs məzmunlu informasiya Qarabağın işğalda qalmasına imkan verməyəcək  

Obyektiv qiymət və dərin ehtiram dolğun informasiyanın müasir üsuallarla dəqiq hədəflərə yönləndirilməsinə bir başa təkandır. 
Diaspor Komitəsinin 50 milyonluq azərbaycanlının koordinasiya edilməsində dayaq nöqtəsi olduğu danılmaz fakta çevrilib. Proses yüksək səviyyədə davam edir. 20-yə yaxın ölkədə növbəti aksiyaların keçiriməsi ilə bağlı onların hökumətlərinə müraciətlər olunub. Prezidentin tapşırıqlarına əsasən soydaşlarımızla mütəmadi əlaqə saxlanılır, onların pozulmuş hüquqlarının yaşadıqları ölkələrin qanunları çərçivəsində və beynəlxalq hüquq normaları əsasında bərpası, eləcə də dəymiş maddi və digər zərərin aradan qaldırılmas üçün bütün mümkün addımlar atılır.

Dayanmaq qadağandır. Planlı gedişlə böyük hədəflərə çatmaq nəinki mümkündür, hətta çatmamaq mümkünszüdür. Soydaşlarımız Qarabağ həqiqətini özlərinin yaşam kredosuna çeviriblər. Şüuraltına oturan müqəddəs məzmunlu informasiya Qarabağın işğalda qalmasına imkan verməyəcək.


Oxşar xəbərlər