Gəncə İcra Hakimiyyətinə tabe qurumun əməkdaşları sakinləri qarət etdi - VİDEO + FOTOLAR


  • 10:48 / 16 01 2022 |
  • Bölmə: Gündəm / Video / Bölgə / Şikayət


Gəncə şəhər Qurtuluş küçəsi, 1-ci döngə ünvanında yaşayan bir qrup sakin Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyininin əməkdaşlarının oğurluğuna məruz qalıb. 


"Rupor"un Qərb bölgəsi üzrə bürosunun əməkdaşı xəbər verir ki, sözügedən küçənin bəzi mənzillərində dam örtüyü bərbad vəziyyətdə olub. Qurtuluş küçəsi, 1-ci döngə, ev 49a, m34-də yaşayan Kamil Qasımov evinə axan yağış sularından qurtulmaq məqsədilə Dövlət e-nəzarət portalına müraciət ünvanlayb. 

Müraciətə dərhal reaksiya verilib və aidiyyatı üzrə Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə yönəldilib. 

Birliyin fəhlələri əraziyə qaldırıcı kran gətirsələr də, işləmək üçün alətləri olmayıb. Sakinlər dam örtüyünün hansı üsulla dəyişdiriləcəyini dəqiqləşdirmək istəyəndə görüblər ki, oğurluq halları baş verib. 

Fəhlələr dəmir örtükləri, armaturları söküb özləri ilə aparıblar və əvəzinə heç bir əlavə tədbirlər həyata keçirməyiblər. 

Atalar demiş: "Qaş düzəltikləri yerdə göz çıxarıblar". Bununla da həm oğurluq hadisəsi baş verib, həm də dam örtükləri daha bərbad vəziyyətə düşüb. Əvvəl mənzilə yağış suları tökülürdüsə, bu dəfə lopa-lopa qar da evlərin içərisinə yağacaq. 

Zərəçəkən Kamil Qasımov oğurluq hadisəsi ilə bağlı 102 Xidmətinə müraciət edib. 

Şair Abdulla












Oxşar xəbərlər