Müdafiə Nazirliyi hərbçimizin həlak olması faktını bir gün sonra təsdiqlədi


  • 08:49 / 17 01 2022 |
  • Bölmə: Gündəm / Bölgə


Azərbaycan Müdafiə Nazirliyi dünən hərbi qulluqçunun həlak olması faktı ilə bağlı yayılan xəbəri təsdiqlədi.

"Rupor" "Report"a istinadən xəbər verir ki, məlumatda deyilir:

"Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olması faktını təsdiq edirik".


Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.




Oxşar xəbərlər