
"Biz hərtərəfli sülh müqaviləsinin hazırlanması üzərində işi davam etdirəcəyik. Bunun üçün biz Qarabağ probleminin danışıqlar və siyasi mexanizmlər yolu və ATƏT-in Minsk Qrupu həmsədrlərinin üçlüyü çərçivəsində həllini tapmalıyıq”.
“Rupor" "Sputnik Ermənistan"a istnadən xəbər verir ki, bu fikirləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
O deyib ki, Azərbaycanla sülh müqaviləsinin hazırlanması və imzalanması bir sıra şərtlərin mövcudluğunu nəzərdə tutur.
