"Narkotika satışının yüksək dinamikayla inkişafı çox narahatedicidir" - Bakı şəhər prokurorundan etiraf


  • 13:49 / 22 01 2022 |
  • Bölmə: Gündəm


"2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cinayətlərin açılma göstəricisi 86.3% olmuşdur ki, bu ötən illə müqayisədə 5,4% artmışdır". 

"Rupor" xəbər verir ki, bu statistikanı yanvar 21-də Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2021-ci il ərzində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsində çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov  bildirib. 

Bakı şəhər prokuroru i qeydə alınmış 50 qəsdən adam öldürmə cinayətlərinin hamısının açılmasının  təmin edildiyini diqqətə çatdırıb: 
"Qəsdən adam öldürmə cinayətlərinin sayı 2020-ci illə müqayisədə 3 fakt artmış, qəsdən adam öldürməyə cəhd cinayətlərinin sayı isə 5 fakt azalaraq 18 olub. 

İlqar Abbasov onu da vurğulayıb ki,  narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərlə bağlı 2021-ci il ərzində 1841 fakt (2,1 dəfə), satışla bağlı isə 750 fakt (2,1 dəfə) artım qeydə alınmışdır ki, artım faizlərinin bu qədər yüksək dinamikayla inkişafı çox narahatedici göstəricidir.



Oxşar xəbərlər