Azərbaycandan İsrailə gedən döyüşçü 103 yaşında qəhrəmanlıq medalı aldı


  • 09:45 / 27 01 2022 |
  • Bölmə: Gündəm / Dünya / Hadisə / Bilgi


İsrailin Ədliyyə Nazirliyi bildirib II Dünya Müharibəsi zamanı sovet ordusu sıralarında bütün Avropada döyüşən, 1990-cı illərdə Azərbaycandan İsrailə mühacirət edən 103 yaşlı Giorgi Ginzburg barədə məlumat yayıb. 

"Rupor" İsrail mətbuatına istinadən xəbər verir ki, Giorgi Ginzburg 30 ildən sonra nazirliyə müraciət edərək hüquqi yardım istəyib. Müraciətə müsbət cavab verilib və o, aylıq müavinət, əlavə ödənişlər almaq hüququ qazanıb. 

Avropa döyüş meydanında müttəfiqlərin ən böyük quru qüvvələrinin qələbəsinə töhfə verən, Almaniyanın paytaxtı Berlinin ələ keçirilməsində iştirak edən qəhrəman döyüşçü “Nasistlərə qarşı döyüşçü” medalı ilə təltif olunacaq. 

Onun alacağı bu medal İsraildə II Dünya Müharibəsi veteranlarına verilir.

Eldar 










Oxşar xəbərlər