Ermənistan parlamentində kütləvi dava: “Dayı” sözünə görə


  • 22:50 / 04 08 2020 |
  • Bölmə: Gündəm / Video / Dünya


Ermənistan parlamentində deputatlar arasında kütləvi dava olub.

"Rupor" Oxu.az-a istinadən xəbər verir ki, hadisə deputatlardan birinin tribunada çıxışı zamanı digərinin ona “dayı” deməsindən sonra başlayıb.

Belə ki, deputat Edmond Marukyan çıxış edərkən Sasun Mikaelyan yerdən ona atmaca atıb. Birincinin sərt cavabı isə biabırçılıqla nəticələnib.

Sasun Mikaelyanla Edmond Marukyanın əlbəyaxa davasına digər deputatlar da qoşulublar. Tərəflər hətta bir-birilərini boynunu sındırmaqla hədələyiblər.

Sözügedən davanın videosunu təqdim edirik:





Oxşar xəbərlər