Beyrutdakı partlayışda 100 nəfərdən çox insan öldü - Yenilənib - Video


  • 22:38 / 04 08 2020 |
  • Bölmə: Gündəm / Video / Dünya


Livanın “Al-Kataib” partiyasının baş katibi Nizar Nacaryan Beyrutda baş vermiş partlayış nəticəsində ölüb.

"Rupor" APA-ya istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı özünün “Twitter” səhifəsində məlumat yayıb.

Qeyd edək ki, bir qədər əvvəl telekanal Nacaryanın ağır yaralandığını və huşsuz vəziyyətdə olduğunu bildirmişdi.

Son məlumatlara görə Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb. Hazırda hadisə yerində yanğından mühafizə briqadaları işləyir, əraziyə helikopterlər də cəlb olunub. 

Qeyd edək ki, Livanın baş naziri Hassan Diyab baş vermiş güclü partlayışla əlaqədar çərşənbə günü matəm elan edib.

*** 21:04

Beyrutda baş vermiş partlayış nəticəsində azı 10 nəfər ölüb.

Bu barədə “Reuters” agentliyi Livan təhlükəsizlik qüvvələri və səhiyyə xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl “Al Arabiya” telekanalı partlayışda azı 6 nəfərin öldüyünü bildirmişdi.

Partlayış nəticəsində yüzlərlə yaralının olduğu da deyilir.

“Sky News Arabia” telekanalı paytaxt qubernatoruna istinadən xəbər verib ki, yanğından mühafizə briqadalarından biri ilə əlaqə kəsilib, onların yeri məlum deyil.

*** 20:46

Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində azı altı nəfər ölüb.

Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

“Bir qədər əvvəl Livan paytaxtının limanında pirotexnika anbarında baş vermiş partlayış bölgəsində altı nəfərin cəsədi tapılıb”, - deyə telekanalın məlumatında deyilir.

*** 19:59


Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində güclü partlayış baş verib.

Partlayışın dalğası Livan paytaxtında yaşayış sahələrinə də təsir edib. Bəzi evlərə və ofislərə ziyan dəyib. İlkin məlumata görə, onlarla insan xəsarət alıb.

Partlayışın səbəbləri hələ ki müəyyən edilməyib.

“Al Hadath” telekanalının bildirdiyinə görə, dəniz limanı ərazisinə raket zərbəsinin endirilməsi istisna olunmur. “Al Mayadeen” telekanalı isə partlayışın pirotexnika anbarında baş verdiyini bildirib.





Oxşar xəbərlər