54.8 milyon manatlıq saxta və əsassız pensiya işləri ləğv edilib - Sahil Babayev


  • 13:58 / 05 08 2020 |
  • Bölmə: Gündəm / Sosial


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin bu gün keçirilən iclasında 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı bır sıra məqamlara aydınlıq gətirən fikirlər səsləndirib. 

"Rupor" Trend-ə istinadən xəbər verir ki, əhalinin sosial müdafiəsinin güclədirilməsinin ölkə başçısının həyata keçirdiyi siyasətin mərkəzində dayandığını xatırladan nazir ödənişlərin ötən illə müqayisədə 450 milyon manat artıq olduğunu diqqətə çatdırıb. 

“2020-ci ilin 6 ayının göstəricilərinə görə yaşa görə pensiyanın məbləği 307, ailə başçısının itirməyə görə isə 308 manata yüksəlib. MDB ölkələri ilə müqayisədə ölkəmizdə pensiyanın alıcılıq qabiliyyətinə görə birinci yerə yüksəlib”.

Nazir qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 4784,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 40,8 milyon manat və ya 0,8 faiz azdır: 

“Azalma əsasən xərclərin optimallaşdırılması, əmək pensiyalarının və sosial müavinətlərin hesablanmasında, ödənilməsində nəzarətin və şəffaflığın daha da artırılması hesabına əldə olunub”.

Sahil Babayev 2020-ci ilin 1-ci yarısında 54.8 milyon manatlıq saxta və əsassız pensiya işlərinin ləğv edildiyini də söyləyib: 

O bildirib ki, dürüstləşmə ilə cari ilin əvvəlinə Fondun hesabında formalaşan 197,2 milyon manat sərbəst vəsaitin qalığının Fondun gəlirlərinə daxil edilməsi və xərclər üzrə yaranan 40,8 milyon manat qənaət olunmuş vəsait də nəzərə alınmaqla - cəmi 238,0 milyon manat vəsait hesabına dövlət büdcəsindən Fonda ayrılan transfertin məbləği 238,0 milyon manat azaldılır: 

"Bu vəsait isə dövlət büdcəsi vasitəsilə pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsinə yönəldiləcəkdir".







Oxşar xəbərlər