
Koronavirusun yayılmasının qarşısını alınması məqsədilə ölkə rəhbərliyinin müvafiq göstərişləri əsasında Gənclər və İdman Nazirliyinin tabeliyində olan Abşeron Olimpiya İdman Kompleksinin müvəqqəti xəstəxanaya çevrilməsi ilə bağlı qərar verilib.
"Rupor" APA-ya istinadən xəbər verir ki, açılışda Gənclər və İdman naziri Azad Rəhimov və TƏBİB-in İdarə Heyərinin sədri Ramin Bayramlı iştirak ediblər.
R. Bayramlı qeyd edib ki, kompleksdə 277 çarpayı yeri var:
"Bu çarpayılar hamısı oksigen balonu ilə təchiz olunub. Kompleksdə xəstələrin müalicəsində zəruri olan oksigenin müvafiq həcmdə tam təmin edilməsi üçün Türkiyədən alınaraq 54 kub/mete gücündə müasir Oksigen İstehsalı Stansiyası quraşdırılıb. Bundan başqa, burada Ekomak kompressoru, qurutma-soyutma qurğusu, 95 faizdən artıq oksigen təmin etmək imkanı olan Mediadan oksigen generatoru və digər avadanlıqlar quraşdırılıb".
Qeyd edək ki, Hövsan Olimpiya İdman Kompleksi də modul tipli xəstəxanaya çevrilib.
