"Azərbaycan “Qarabağ” yatağına qayıdır" - İlham Əliyev - Fotolar


  • 15:56 / 10 08 2020 |
  • Bölmə: Gündəm / Siyasət


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib. Mərasimdən sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

"Rupor" AZƏRTAC-a istiadən Prezidentin müsahibəsinin bəzi məqamlarını təqdim edir. 

Dövlət başçısı “Qarabağ” yatağının dəniz işlərinə start verildiyini bildirərək, bu prosesin yatağın işlənməsində çox önəmli mərhələ olduğunu diqqətə çatdırıb: 

"Bu nəhəng qurğu Azərbaycan mütəxəssisləri tərəfindən ölkəmizdə inşa edilibdir və bu gün artıq dənizə yola salınır". 

Prezident vurğulayıb ki, əsas diqqət Cənub Qaz Dəhlizinin başa çatmasına yönəldilib: 

"Bu layihə də uğurla icra edilir. Bunun dördüncü və sonuncu layihəsi olan TAP artıq başa çatmaq üzrədir”.

Dövlət başçısı daha sonra bildirib:

"Bu gün Azərbaycan vaxtilə - 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur”.

Prezident Aərbaycanın ərazi bütövlüyünün tam bərpa ediləcəyini söyləyib: 

"Necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Bu dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur.



















Oxşar xəbərlər